Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Nardaranda həbs olunanlar azadlığa çıxdı

Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb.

Bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında Ağa məhəlləsindəki Cümə məscidinin axundu Ataməli Nur da var. Həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.

N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.

Xatırladaq ki, A.Nur da daxil olmaqla azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 11:46