Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Xırdalanda 20 yaşlı gəncə 8 bıçaq vurdular

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Bilal Məmmədov küçə ilə gedərkən tanımadığı bir neçə şəxs ona yaxınlaşaraq, pul tələb ediblər. Bilal Məmmədov pul verməkdən imtina edib və tərəflər arasında dava düşüb. Gənci qarət etmək istəyənlərdən biri üzərində olan bıçaqla Bilal Məmmədova çoxsaylı zərbələr endirib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralıda 8-ə yaxın bıçaq xəsarəti aşkarlayıblar. /musavat/
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi