Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Aslan İsmayılovdan Rövnəq Abdullayevə sual

«SOCAR hələ 2000-ci ilin əvvəllərindən Anar Əliyevi bacarıqlı iş adamı kimi tanıyırdısa, qoy açıqlasın bu istedad harada təhsil alıb, bir əməliyyatdan 100 mln dollar qazanana qədər haralarda işləyib»

Tanınmış vəkil Aslan İsmayılov Azərbaycan Dövlət Neft Şirkətinin sirli ortağı Anar Əliyevlə bağlı yaydığı bəyanata münasibət bildirib. Aslan İsmayılov facebook səhifəsində bu barədə yazıb: “Bundan əvvəlki statusumda Ingiltərənin ”Global Witness" təşkilatının araşdırmasına görə Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan SOCAR Trading SA şirkətindən 35 yaşlı Anar Əliyevin adlı birisinin ancaq bir əməliyyatdan qazancı 100 milyon dollardan artıq olduğunu və bu “istedad”ın Azərbaycan xalqına mənsub neftə sahiblik edən SOCAR-la 48 sövdələşməsi olduğunu yazmışdım.
Azərbaycan hakimiyyətindən səbirsizliklə bu “istedad” sahibinin kim olması, nə qədər qazanması, “Forbes”-in siyahısında neçənci olması, büdcəmizə nə qədər vergi ödəməsi barədə məlumat gözlədiyimi qeyd etmişdim. Çünki, SOCAR-ın rəsmiləri dərhal “Global Witness” təşkilatının araşdırmasının böhtan olduğunu, Anar Əliyev adlı birisini isə tanımadığını bildirdilər. Dünən isə SOCAR-ın rəsmiləri hələ 2000-ci illərin əvvəllərindən ARDNŞ ilə əməkdaşlıq edən istedadlı azərbaycanlı iş adamı Anar Əliyevlə səmərəli iş gördüklərini bildirdilər.
Bundan başqa, ARDNŞ “işgüzar nüfuzunun müdafiəsi üçün hüquq prinsiplərinə uyğun olaraq ”Global Witness" təşkilatına qarşı zəruri hüquqi tədbirlər görmək, o cümlədən məhkəməyə müraciət etmək hüququnu da özündə saxladığını" bildirdi. Xüsusilə qeyd edirəm, məhkəməyə verəcəyini yox, belə bir hüququnun olduğunu bildirdi. Buna görə də əvvəlki suallarıma bəzilərini də əlavə edirəm. Əgər SOCAR hələ 2000-ci ilin əvvəlllərindən, yəni tam 22 yaşı olmayan Anar Əliyevi bacarıqlı iş adamı kimi tanıyırdısa, qoy açıqlasın bu istedad harada təhsil alıb, bir əməliyyatdan 100 mln dollar qazanana qədər haralarda işləyib, hansı tenderlər əsasında SOCAR-la işə başlayıb.
Bir də bir vəkil kimi mənə çox maraqlıdır SOCAR onu ağır cinayətlərdə ittiham edən “Global Witness” təşkilatını nə vaxt və harda məhkəməyə verəcək.

P.S. Siyasi partiyaların və ictimai sektorun bu mövzuda susqunluğu anlaşılan deyil. Mənə çox maraqlıdır, yeri gəldi gəlmədi peyda olan iqtisadi və siyasi analitiklər hara qeyb olublar?!"/azadlıq/
1825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01