Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

“Şeyx Nimrə qarşı edilmiş cinayət fonunda müsəlmanlar arasında vəhdət hər zamandan daha önəmlidir”

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz rəsmi “Facebook” səhifəsində Ayətullah Şeyx Nimrin Səudiyyə rejimi tərəfindən edam edilməsi və bu hadisə fonunda müsəlmanların məsuliyyətləri mövzusunda video-açıqlama edib. Deyerler.org açıqlamanın adaptə olunmuş mətnini təqdim edir:

“Bismilləhir-Rahmənir-Rahim!
İnna lillah və innə ileyhi raciun! Həqiqətən, hamımız Allahdan gəlmişik və Allaha doğru qayıdacağıq!
Son günlərdə çox ağrılı xəbər eşitdik. Əziz şəhid Şeyx Nimr edam edildi. Ona qarşı bu cinayət həyata keçirildi. Sözsüz ki, əziz şəhid Şeyx Nimr Allah qarşısında öz vəzifəsini yerinə yetirdi və o, öz vəzifəsini yerinə yetirərkən bu yolda şəhid olana qədər və ən ali məqama qədər ucalmağa hazır oldu. O, öz mənəvi borcunu axıradək yerinə yetirdi.

Nə baş verdi?
Bu cinayəti törədən Səudiyyə rejimi mahiyyətcə müsəlman dünyası üçün, İslam ümməti çox böyük bir problemlər ortaya çıxartdı. Niyə indi etdi? Səudiyyə rejimi çox gözəl bilirdi ki, bu dönəm – müsəlman dünyası, İslam ümməti üçün nə qədər həssas bir dönəmdir və indiki dövrdə bunu etmək nə qədər ağrılıdır, hansı pis nəticələrə gətirib çıxardacaq. Amma, Səudiyyə rejimi bunları etdi. Deməli, Səudiyyə rejimi hal-hazırda İslam ümmətinin daxilində böhranın eskalasiyasına xüsusi maraq göstərir və indi, bu zamanda bunu etmə də hansısa arxa planların ortada olmasını çox ciddi olaraq təzahür etdirir. Təbii ki, Səudiyyə rejiminin havadarlarının, o cümlədən tarixi havadarlarının, xüsusən də indiki dönəmdə sionizmin bu məsələdə onlar üçün ən ciddi məsləhətçisi və müşaviri rolunda olması bəlli olur. Səudiyyə rejimi, bu gün bu rejimi idarə edənlər tam fərqində deyillər ki, bu, onların özləri üçün nə qədər zərərlidir, hansı pis nəticələrə gətirib çıxardacaq və düşünmürlər ki, bu gün İslam dünyasının belə bir ağır vəziyyətində bu qədər çox məsuliyyətsiz addımlar atmaq hansı pis nəticələrə gətirib çıxarda bilər.
Amma, bu, baş verdi...

Günümüzdə nələr etməli?
İlk olaraq biz fərqində olmalıyıq ki, Səudiyyə rejiminin hər hansı müsəlman firqəsinə, müsəlman təriqətinə, İslami məktəbə aidiyyəti yoxdur. Bu rejim - tarixən bu cür cinayətləri etmiş bir ənənənin bugünkü davamçılarıdır. Bunun əziz sünni qardaşlarımıza heç bir aidiyyəti yoxdur. Əslində bütün dünya müsəlmanları – səmimi şiələr də, səmimi sünnilər də - hər kəs baş verənlərdən narahatdır. Şəhid Şeyx Nimrin edam olunmaması ilə bağlı həm böyük şiə alimləri, həm böyük sünni alimləri dəfələrlə müraciətlər etmişdi. Ona görə də, bu gün bütün müsəlmanlar, İslami kimlikli bütün insanlar vəziyyətin ağırlığını dərk etməli, düşmənin bu məsələdə istədiyi hədəflərinə çatmasına imkan verməməlidir. Bizim üçün ümmətin birliyi, ümmətin vəhdəti, ümmətin birlikdə olması, bütün müsəlmanların daxilən, ruhən özlərini birgə hiss etməsi həmişəkindən daha da çox önəmli və əhəmiyyətlidir. Bu məsələlərdə çox ayıq-sayıq, tədbirli, bəsirətli olmalıyıq.

Sözsüz ki, önəmli məsələlərdən biri də budur ki, sonra nə olacaq?
Bu gün hər kəs öz mənəvi məsuliyyətlərini anlamalı və ona uyğun addımlarını atmalıdır. Hər hansı mənfi mövzulardan, xüsusən də İslam ümməti üçün daxili qızışdırıcı mövqelərdən çəkinmək lazımdır. Eyni zamanda da bu rejim etdiyi bu cinayətin hər mənada cavabdehliyini daşımalıdır. Bir presedent yaradılıb və belə hadisələrin belə rahatlıqla həyata keçirilməsi imkanı verilməməlidir.

Dünya camiəsi baş verən hadisələrlə bağlı çox ciddi reaksiyalar verib. Birləşmiş Millətlər Təşkilatı, bir çox beynəlxalq insan haqları qurumları, ümumən beynəlxalq ictimai rəy baş verən hadisəni çox ciddi olaraq qınayır.
Azərbaycana gəlincə, bəzən mövzunu bilməyən, mövzunun dərinindən xəbəri olmayan insanlar bununla bağlı paralel olaraq rəylər bildirir. Bəzən çox anti-humanist mövqelər də bildirilir. İnsan ölümü, ciddi, nüfuzlu bir İslam aliminin qətlə yetirilməsi unudulur, hansısa qəribə-qəribə mövzular qabardılır. Hiss olunur ki, islamofobik ruhiyyənin də təsiri var. Ona görə də, səbirlə, hövsələ ilə, anlayış göstərərək maarifçilik aparılmalıdır. Maarifçilik aparmaq, aydınlatmaq, izah etmək, çatdırmaq – bizim hər birimizin böyük bir məsuliyyətidir.

Mühüm bir məsələyə də diqqət yetirməliyik. Bu, hansısa bir ölkələr arasında olan məsələ deyil. Bütün İslam elmi akademiyaları bu mövzuda narahatdır. Hər zaman kifayət qədər təmkinli mövqe tutan mərcəiyyət də bu məsələdə mövqe sərgiləyir. Bu gün tək Məsumeyi-Qumun böyük məraceləri deyil, həmişə bu kimi məsələlərdə kifayət qədər təmkin göstərən Nəcəf hövzəsinin böyük məraceləri, müctəhidləri də bu mövzuya münasibət bildirir. Məsələ bu qədər önəmli, ağrılıdır. Ümid edirəm ki, İslam dünyasının hər bir yerindən, hər bir tərəfindən bu mövzu ilə bağlı narahatlıqlar ifadə olunar və bu, artacaq, İslam ümməti bu məsələdə məsuliyyətini daha da çox dərk edəcək. Bu hadisə birmənalı olaraq İslam ümmətinin zərərinədir. Təbii ki, bu cinayəti edənlər də məsuliyyət daşımalıdırlar və biz unutmalı deyilik ki, bu gün bu məsələlərdən udanlar – Fələstini, Qarabağı işğal edənlərdir. İslam ümmətinin bu gün başını bu kimi məsələlərə qarışdıraraq əsas hədəflərdən, əsas düşmənlərdən yayındırmaq məqsədi güdülür.

Məsuliyyətimiz çoxdur. Bəsirətlilik, tədbirlilik, müsəlmanların müsəlmanlara sevgisi, şiə və sünnilər arasında məhəbbət, qardaşlıq ruhiyyəsinin inkişafı – bunlar günümüzün əsas vəzifələrindəndir. Allahdan istəyirik ki, Öz xüsusi tofiqatlarını nəsib etsin!”.
1637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35