Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Qum şəhərində Azərbaycan Respublikası şəhidlərinin 40 günü mərasimi keçiriləcək

Azərbaycan Respublikası İslam Hərəkatının Qum ofisinin rəhbəri bu ölkə şəhidlərinin 40 günü mərasiminin Qum şəhərində keçiriləcəyini xəbər verib.

Höccətül-islam İsgəndər Hüseynzadə jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan Respublikası şəhidlərinin 40 günü mərasiminin Qum şəhərində keçiriləcəyinə işarə edərək deyib: “Bu mərasim 7 yanvarda məğrib və işa namazlarından sonra Əzəm məscidində keçiriləcək”.
İ. Hüseynzadə artırıb: “Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbil əyalətinin imam cüməsi Seyid Həsən Amili bu mərasimdə çıxış edəcək və Mehdi Rəsuli tədbirdə məddahlıq edəcək”.
Azərbaycan Respublikası İslam Hərəkatının Qum ofisinin rəhbəri dövlətin Azərbaycan şiələrinə hücumu hadisəsinə toxunaraq xatırladıb: “Əba Əbdillah Hüseynin (ə) Ərbəini ərəfəsində Azərbaycan müsəlmanlarının bir qrupu hüseyniyyədə toplaşaraq namaz qıldıqları halda ölkənin xüsusi təyinatlı polis qüvvələri mülki geyimdə və zibil daşıyan maşınlarla Nardaran qəsəbəsinə girmiş və hüseyniyyəyə hücum etmişdir. Bu hücum nəticəsində 4 nəfər şəhid olmuş və 14 nəfər yaralanmışdır”./qafqaz.ir/
1230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi