Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Ayətullah Amili Azərbaycan dövlət nümayəndəsinin cavabını verdi

Bu dövlət nümayəndəsinə deyirik: Əgər İmam Hüseyn (ə) səhv etsəydi, 27 milyon insan onun fikir və ideyasına ləbbeyk deməzdi. İmam Hüseynin (ə) bayrağını Azərbaycanın hər yerindən yığışdırıb zibil qutusuna atmaqla səhvə siz mürtəkib oldunuz.

Ərdəbilin imam cüməsi və Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində müsəlman ölkələri arasında ixtilaf yaratmağı dünya imperializminin strateji hədəfi adlandıraraq deyib: “İslam ümmətinin düşmənləri İran İslam Respublikasının qonşuları ilə münasibətlərinə xələl gətirməyə cəhd edirlər”.
İmam cümə artırıb: “Dünya imperializminin çox təhlükəli proqramlarından biri də İslam ölkələri arasında ixtilaflar yaratmaq və onları bir-birlərindən, xüsusilə də qonşu olkələrdən uzaq saxlamaqdır. Onlar bu proqram çərçivəsində İran-Türkiyə münasibətlərində gərginlik yaratmağa çalışırlar. Türkiyə dövlət başçısının Riyadda İrana qarşı töhməti vurması, bu təhlükəli planı göstərir.O, İranı millətçilikdə ittiham etdi və demək istədiyi budur ki, İran şiəliyin təəssübünü çəkir və şiələri dəstəkləmək üçün əhli-sünnə əleyhinə iş görür. Bu barədə diqqət etmək lazımdır:
Bu töhmət Türkiyə dövlətinə yaraşır və onun barəsində doğrudur. Türkiyə ölkənin cənubunda 5 əyalətdə, xüsusən də Diyarbəkrdə kürdlərlə qarşıdurmadadır və elə bir gün yoxdur ki, polisdən, yaxud kürdlər tərəfindən adam ölməmiş olsun. Türkiyə dövlətinin İraq türkmənlərini terrorçular qarşısında müdafiə etməkdə şiə və sünnü türkmənlər arasında fərq qoyması, bu ölkənin milliyyətçi olmasının bariz nümunəsidir. Ona görə də Əmirəli türkmənlərinin qətliamı qarşısında sükut etdi.
İran İslam Respublikasının hədəfləri şiə-sünni firqəçiliyi kimi mövzulardan çox-çox yüksəkdir və heç vaxt şiə və sünnü arasında fərq qoymamışdır. Bu gün Fələstin tək qalmışdır. Çünki Türkiyə də Ərəbistan kimi İsrail cəbhəsində dayanmışdır. Məzlum Fələstininİrandan başqa dəstəkləyicisi yoxdur. Halbuki, Fələstin əhalisinin hamısı əhli-sünnədir. İran İslam Respublikasının Fələstini müdafiə etməsi çox ağır xərclərə başa gəlmişdir. İran hərbi müşavirlərinin Suriyada iştirakı da zahirdə müsəlman, lakin İsrail nökəri olan hökumətlərin orada hakim ola bilməməsinə və müqavimət xəttini qıra bilməməsinə görədir.
Türkiyə prezidenti özünün sünnülərə görə narahat olduğunu deyir. Belə olduqda o, Ərəbistandan uzaqlaşmalıdır. Çünki əhli-sünnənin ən böyük qatili Ərəbistandır. Ərəbistan İŞİD, Ən-Nüsrə, Ceyşül-İslam kimi terrorçu qrupları himayə etməklə sünnüləri öldürür. İŞİD, sünnülər məskunlaşmış məntəqələrdə fəaliyyət göstərir və onların ən çox qətlə yetirdikləri də sünnülərdir. İŞİD son günlərdə 600 sünni alimini Mosulda qətlə yetirdi və həmçinin Mosulda 800 qadını Milli Məclisə namizəd olduğu, vəkil, ya gözəllik salonlarında işlədikləri üçün edam etdi.
Türkiyənin İraqa qoşun yeritməsi bu dövlətin digər səhvlərindəndir. Bu səhvlər Türkiyə kimi böyük bir ölkəyə və Türkiyə xalqı kimi bir xalqa yaraşmır. Biz türklər dünyada türk millətinin təcavüzkar olmasında müttəhəm olunmağımızdan utanırıq.
Türkiyənin İraqa soxulmasının iki səbəbi ola bilər: Birincisi, Rusiyanın Suriyaya girməsi ilə Türkiyə öz nakamlığının əvəzini çıxmaq istəyir. İkincisi, Suriyanın şimal ərazilərində Azad Suriya Ordusu və digər terrorçu qrupları himayə etmək üçün təhlükəsiz məntəqə yaratmaq istəyir. Əlbəttə, İraq Kürdüstanı İqlimi rəhbərinin müstəqillik elan etməsini iddia etməsi Türkiyənin İraqa qoşun yeritməsinə bəhanə yaradıb.
Ərəbistanın əlini günahsız müsəlmanlarının qanına bulaşdığı və dünyada ən mənfur ölkə kimi tanındığı bir vaxtda Türkiyə dövlət başçısının bu ölkəyə səfər etməsi onun digər səhvlərindəndir. Çox təəssüfedicidir ki, iki ölkənin birgə bəyanatında “region hadisələri qarşısında bizim stratejiyamız eynidir” deyilir. Yəni Türkiyə dövləti Yəməndə günahsız insanların bombalar altında can verməsinə, həyatlarını itirmələrinə razıdır. Halbuki, onlar İran İslam İnqilabının ardıcılı olmaqdan başqa bir günahları yoxdur.
Türkiyənin öz böyük tarixi, iftixarlı keçmişi və böyük milləti ilə dünyanın ən mənfur ölkəsi olan Ərəbistanın yanında dayanması, təkcə Türkiyə üçün deyil, bütün dünya türkləri üçün təhqir və zillətdir.
Türkiyənin digər bir səhvi terrorçuluq əleyhinə islami koalisiyaya qoşulmasıdır. Ərəbistan bu koalisiyanı iki məqsədlə həyata keçirmişdir: Birincisi, bu ölkənin İŞİD-i dəstəkləməsinə görə və təkfirçi təfəkkürünün əsas mənşəyi olaraq terrorizmi yaydığına görə qərbin geniş təzyiqlərdən yaxa qurtarmaq. İkincisi isə dəhşətli Yəmən faciəsi və batlağından çıxmaq.
Bu koalisiyaya qoşulmaq istəyən hər bir ölkə hərbi qüvvə göndərməyəcəyini şərt edir. Yəni Ərəbistan özü getsin müharibəyə, biz burada dayanmışıq. Nəticədə sözügedən koalisiya, koalisiya yox, oturmaqdır. Bu da zillətin özüdür. Ona görə də Türkiyə kimi böyük bir ölkənin bu koalisiyaya qoşulmasını bu ölkəyə yaraşdırmırıq. Amerikanın başçılığı ilə 62 ölkədən ibarət koalisiya Suriyada bir iş görə bilmirlərsə, Ərəbistan kimi zəif bir ölkənin əlindən heç nə gələ bilməz. İraqda, Suriyada və digər məntəqələrdə təkfirçi və terrorçu qrupların ortaq məxrəci vəhhabilk təfəkkürü olduğu üçün bu təfəkkür əleyhinə koalisiya yaradılmalıdır, daha İran əleyhinə və şiə-sünnü məsələsini qızışdırmaq üçün yox.
Türkiyə qəzetlərinin Ərdoğana müsəlman xalqların lideri ləqəbi verməsi və İŞİD-in də buna tabe olaraq onu müsəlman xalqların lideri adlandırırsa, məlum olur ki, Türkiyə İslam dünyasında əsas rol oynamağa cəhd edir. Bu çox yaxşıdır, amma bunun laziməsi odur ki, İsrail və Ərəbistan kimi ən mənfur ölkələrin yanında və sırasında dayanmasın.
Çıxışımızın digər hissəsi Azərbaycan barədədir. Bu ölkədə yenə də İran-Azərbaycan münasibətlərini korlamaq üçün birini nümayəndə edərək missiya verdilər ki, imam Hüseyn (ə), imam Əli (ə) və həzrət Zəhraya (s) qarşı təkanverici, nifrətəlayiq hörmətsizliklər etsin. Bu ifadələr Ərəbistan müftisi və vəhabi saytlarının sözlərinin tərcüməsidir. Bu hərəkətindən məlum oldu ki, Nardaran hadisəsinin arxasında vəhabilik dayanıb. Necə ki, Nigeriya ordusunun şiələrin hüseyniyyəsini və Şeyx Zəkzakinin anasının qəbrini dağıtması ilə Nigeriya böyük faciəsinin arxasında vəhhabilərin dayandığı aşkara çıxdı. Onun sözləri Əhli-beytə (ə) sevgisi ilə tanınmış azəriləri narahat və nigəran etdi.
Prezidentin partiyasının, yəni Yeni Azərbaycan Partiyasının üzvünün sözlərindən Azərbaycan dövlətinin Ərəbistan və vəhabilərlə xüsusi anlaşması və əməkdaşlıq etməsi bəlli oldu.
Bu dövlət rəsmisi Əmir əl-möminin (ə) və imam Hüseynə (ə) qarşı çox ağır ifadələr işlətmişdir. Onun sözləri eynilə Ərəbistan müftisinin sözləridir. Ərəbistan müftisinin danışığı “Youtub”da mövcuddur. O özündən heç bir söz deməyib. Çünki heç bir dini anlayışı yoxdur və pərdə arxasından köklənib. Bu da Azərbaycanın mühüm və həssas mərkəzlərinə Ərəbistanın nüfuz etməsini göstərir. Bu müsibətə qan ağlamaq lazımdır.
Mən, ona tövsiyə edirəm: İmam Əlini (ə), imam Hüseyni (ə), ümumiyyətlə Azərbaycan xalqının dini etiqadlarını təhqir etməkdənsə – beynəlxalq və Azərbaycanın öz qanunlarına əsasən qeyri-qanuni bir hərəkətdir – Azərbaycanın iqtisadi vəziyyətinin düzəlməsi üçün bir iş görsün. Bir zaman İranda 4 min tümən dəyəri olan manat, indi 1700 tümənə enib. Əgər bir azərinin 100 milyon pulu olsaydı, indi 50 milyondan aşağı enmişdi. Təəccüblü budur ki, bəzi banklar əhaliyə verdiyi kreditləri dollarla qaytarılmasını tələb edirlər. Hamı bilir ki, əziz azərbaycanlılar, xüsusilə də onların zəif təbəqəsi əgər İrandan alış-veriş etməsələr və öz azuqələrini İrandan almasalar, durumları olduğundan da çox pis ağırlaşar. Digər tərəfdən də Azərbaycanın dövlət işçilərinin çoxu ölkənin hər bir yerində rüşvətə öyrəşiblər. Manatın dəyərinin düşməsi və onların gəlirinin azalması ilə bu rüşvətxorlar daha da aclaşıblar və bərk camaatın canına düşüblər, oğurluqlarını neçə dəfə artırıblar. Bakı tacirlərinin bir qrupu deyir ki, biz rüşvətxor məmurların zülmünün şiddətindən ticarət və işimizi tətil etməyə məcbur olmuşuq.
Azərbaycan dövləti öz xalqını sıxışdırır və onların xaricdən göstəriş almasını iddia edir. Sonra da deyir ki, xaricilərin Azərbaycanın inkişafını görməyə gözü yoxdur. Biz bu dövlət rəsmisinə deyirik: Azərbaycanın inkişafını milli pulun dəyəri çərçivəsində dünyaya tanıdın. Sizin milli pulunuzun dünyada belə rüsvayçı vəziyyətə düşməsi inkişafdırmı?
O, həzrət Əmir əl-mömininə (ə) irad tutur və həzrətin xəvariclə müharibə etməsinə görə cavabdeh olduğunu deyir. Cavabında deyirik ki, nə Cəməl, nə Süffeyn, nə də Nəhrivan döyüşündə müharibəni Əmir əl-möminin (ə) başlamayıb və həzrət döyüşü o qədər yubatdı ki, onu bacarıqsızlıqda ittiham etdilər. Lakin İmam (ə) buna baxmayaraq buyurdu ki, onlar qan tökməyincə mən döyüşü başlamayacam. Xəvaric günahsız insanları öldürməyə başladı və hamilə qadının bətnini yırtdı. Belə olduqda Əmir əl-möminin (ə) döyüşə başlamağa icazə verdi. Amma Nardaranda döyüşü ilk başlayanlar siz oldunuz və namaz qıldıqları halda dindarlara hücum etdiniz. Deməli, siz cavabdeh olmalısınız, Əmir əl-möminin (ə) yox. Siz, Əmir əl-mömininə (ə) irad tutursunuz. Əgər onun üslub və sirəsinə əməl etsəniz, əvvəl öz xalqınızı qətliam etməsəniz, zindana salmasanız, Azərbaycanın bütün problemləri həll olar.
Həzrət Əmir əl-möminin (ə) hökumətinin ilk günündən dedi ki, bu gün bütün bağlı ağızları açacam. Sizin də cürətiniz çatırsa, bu işi edin. Nəinki, təkcə dövlət işçilərinə və saray alimlərinə danışmağa icazə verəsiz.
Onun sözlərinə görə imam Hüseyni (ə) qəhrəmanlıq səhifəsi kimi təqdim etmək düzgün deyil. İmam Hüseynin (ə) özünün çoxlu səhvi olub. Bu sözlər, eynilə Ərəbistan müftisini sözüdür. Orda ki, deyir: İnnəl Huseynə xədə binəfsih. Müfti deyir: əgər Hüseyn evdə otursaydı, qiyamından daha çox islah edərdi.
Qoy, bu YAP-çı bilsin: Əgər İmam Hüseyn (ə) səhv etsəydi, 27 milyon insan onun fikir və məramına ləbbeyk deməzdi. İmam Hüseynin (ə) bayrağını Azərbaycanın hər yerindən yığışdırıb zibil qutusuna atmaqla səhvə siz mürtəkib oldunuz. Bu səhvə sizdən qabaq Rzaxan mürtəkib olmuşdu və devrildi. Onun oğlu Məhəmmədrza Pəhləvi Aşura gecəsi Amerikanın o zamankı prezidenti Karterlə bütün xalqın televiziyadan tamaşa etdiyi bir halda şərab içdi və devrildi.
1946-cı ildə Azərbaycan Demokrat Firqəsinin sədri Pişəvərinin devrilməsinin sirrinin nə olduğunu bilirsinizmi? Onlar, Azərbaycanı ələ keçirdikdən sonra Məhərrəm ayının gəlməsi ilə rövzə və matəm mərasimlərinin qurulmasına hörmətsizlik etdilər və dedilər: “tövlələrin ağzı açıldı”.
Biz ondan soruşuruq: Siz imam Hüseyni (s) Azərbaycan xalqından alıb onun yerinə xalqa nə vermək istəyirsiniz? Yəqin, deyəcəksiniz azərbaycançılıq! 31 dekabrda ona çox təkid etdiiniz və dediniz: Azərbaycançılıq, Heydər Əliyevin Azərbaycan xalqına böyük hədiyyəsidir.
Bu boxçadan Azərbaycan xalqına nə çıxıb və nə çıxacaq? Biz bunu inşallah, Azərbaycan xalqının Ana Vətənə tərəf hərəkət etdiyi 19 yanvar mərasimində izah edəcəyik.
İmam Hüseyn (ə) səhv etməyib. Səhvi siz edirsiz ki, təqlid mərcəsinin əlini öpməyi casusluq adlandırırsız. Bu ilki Ərbəin yürüşündə İraq təhlükəsizlik və polis qüvvələri iki təqlid mərcəsinin şəklini öz sinələrinə taxmışdılar: həzrət Ayətullah Sistani və Ali Məqamlı Rəhbər. Bunların hər ikisi də iranlıdır. İraq məmurları bununla İrana casusluq və öz ölkələrinə xəyanət edirdilərmi? Sizin polisiniz isə Nardaranda evləri bir-bir axtarır, İnqilabın Böyük Rəhbərinin şəklini divardan qopararaq cırır. Siz onun şəklini cıra bilərsiniz, amma heç bir azərinin qəlbini yarıb, onun məhəbbərini oradan çıxara bilməzsiniz.
Bir qrup azərbaycanlı tacir bizim ofisimizə gəlmişdi. Onların sözlərindən çox xoşum gəldi. Onlar dedilər ki, ölkəmizdə imam Hüseynin (ə) bayraqlarının zibil qutusuna atılmasına görə hamımız İmam Hüseyndən (ə) utanırıq və bu dərdin odunda alışıb-yanırıq, ilan sancmış kimi qıvrılırıq. Onlar daha sonra dedilər: Bizim fikrimiz budur ki, gələn il Tasua və Aşura günləri bu xəcalətdən çıxaq və bizim hökumətlə vədəmiz gələn ilin məhərrəmidir.
Mən burada elan edirəm: Əgər bu muzda işləyən dövlət nümayəndələri biz azərilərin müqəddəslərini yenə aşağılasalar, sakit qalmayacağıq və belə olduğu halda mütləq Azərbaycan dövləti zərər görəcək. Biz çox yaxşı başa düşürük ki, bu təhqirlər Azərbaycan dövlətinin icazəsi, üstəlik, göstərişi ilə baş tutur və bunun arxasında xüsusi məqsəd dayanır. O məqsədlərdən biri də xalqı məhərrəmlikdə imam Hüseyn (ə) və Əhli-beytdən (ə) uzaq salmaqdır. Çünki dindarlar çoxaldıqca, azərbaycançılıq zəifləyir və öz sözləri ilə desək, azərbaycançılıq azalır. Amma bilin ki, Azərbaycan xalqı Əhli-beytdən (ə) yox, sizdən uzaqlaşır. Artıq bu uzaqlaşma yaranmışdır, sizin xəbəriniz yoxdur”./qafqaz.ir/
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37