Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

“Günəşli” bir aydır yanır - Axtarışlar isə davam edir

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlar aparır.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, gəmilərdən ikisi uzaq məsafələrdə, biri isə sahilboyu ərazilərdə axtarışlar aparır.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və işlər davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir./azvision/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04