Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2016

Can Azərbaycanım, sən nə gündəsən? - Şeir


















Odlar diyarımız büsbütün odda,
Uşaq da, böyük də yanır alovda,
Ölkə tor içində, quldurlar ovda.
Kimsəsiz bir yetim, kölə, bəndəsən,
Can Azərbaycanım, sən nə gündəsən?

Diri-diri alovda yanmışların çox,
Ömürlük məhbəsdə qalmışların çox,
Vicdanı kürsüyə satmışların çox.
Nəfəsin gəlsə də bil, can üstəsən,
Can Azərbaycanım, sən nə gündəsən?

Varını səninçün verənlərin də,
Döyüşdə can qoymuş ərənlərin də,
Məktəbə yamaqlı gələnlərin də
İntihar edirlər nədən, bir bilsən!
Can Azərbaycanım, sən nə gündəsən?

Məmurlar xalqını zülm ilə əzir,
Millət qızıl üstə yalavac gəzir,
Burda uşaqlar da həyatdan bezir.
Fironlar əlində xəmir, kündəsən,
Can Azərbaycanım, sən nə gündəsən?

Sənin cəmillərin, qurbanların var,
Sənin zümrüdlərin, leylaların var,
Taleyin, Elçinin, Zülfüqarın var.
Bəs nədən qorxursan, niyə əsirsən?
Can Azərbaycanım, sən nə gündəsən?

Ey vətən! Ey yazıq anamız vətən!
Dözümlü ol, möhkəm ol, dayan, dirən,
Ya azad ol, ya biryolluq gey kəfən.
Çün namərd əlində qulsan, əsirsən,
Can Azərbaycanım, sən nə gündəsən?

Sahilli
2044 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11