Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Aleksandr Duqin: Yaşasın şəhid şeyx Nimr ən-Nimr

Şiələrlə həmrəy olub, Suriya, İraq, Yəmən, Bəhreyn və ümumiyyətlə, hər yerdə ümumi düşmənimiz olan təkfirçilərə qarşı döyüşmək biz rusların borcudur.

Bunu öz Feysbuk səhifəsində Kremlə yaxınlığı ilə seçilən məşhur rusiyalı politoloq Aleksandr Duqin paylaşıb. Onun sözlərinə görə, rus-şiə alyansı təkcə geosiyasi xarakter daşımır:

“Bu dini tipli dərin qohumluqdur. Amerikayönlü Səudiyyə rejimi məhv edilməlidir. Bu, Avrasiya fitvasıdır. Yaşasın şəhid şeyx Nimr ən-Nimr”.

Duqin həmçinin Beynəlxalq Avrasiya Hərəkatının lideridir. Hazırda Rusiyanın cəmiyyətə təsir etmək qabiliyyətinə sahib olan 36-cı ən görkəmli intellektual şəxsi kimi tanınan Duqin hakimiyyətin əsas müdafiəçilərindən biridir. Bəzi mənbələr məhz onun avrasiyaçılıq ideyasının yaradıcılarından biri olduğunu iddia edirlər.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08
Merkel