Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı

Bu il bahar fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, 2016-cı ildə bahar Azərbaycana martın 20-də Bakı vaxtı ilə 08:30-da qədəm qoyacaq. Buna görə də həmin gün Novruz bayramı hesab olunacaq.

Martın 20-də də gecə və gündüz bərabərləşəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən gələn il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber