Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Ərəbistan məhsullarına boykot –Iraqda

İraqda ictimai fəallar Səudiyyə Ərəbistan məhsullarına boykot çağırışlarına başlayıb.

Ərəbistan məhsullarının boykot edilməsinə çağırış "Ya Sarətül-Nimr" adı altında bir qrup ictimai fəal tərəfindən social şəbəkələrdə başladılıb.
Bu çağırışı edənlər Ərəbistanın tanınmış şiə ruhanisi şəhid Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinə cavab olaraq bu addımı atdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən iki ildə İraqın ictimai fəalları ən azı iki dəfə bu ölkənin müxtəlif şəhərlərində və sosial şəbəkələrdə Ərəbistan məhsullarının boykot edilməsinə çağırışlar ediblər və bir çox məhsullar da baykot edilib.
Bir çox sosial şəbəkə operatorları bu layihəni müsbət qarşılayıb və bildiriblər ki, əgər İraq bu gün Ali-Səud ilə silah dili ilə danışa bilmirsə, Ərəbistan məhsullarını boykot etməklə onları zillətə sala bilər.
İctimai fəaliyyətlərin tezliklə İraqın müxtəlif şəhərlərində küçələrə, bazarlara və mağazalara genişləndirilməsi gözlənilir.
Ərəbistan məhsullarının boykot edilməsi siyahısında Ərəbistan ən iri süd məhsulları istehsalçısı olan "Əl-Mərai" şirkətinin adı birinci gəlir./Maide/
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<