Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Hizbullah Səmir Qintarın intiqamına başladı

Livanın Əl-Mənar televiziyası Hizbullahın Livan-İsrail rejimi sərhəddində həyata keçirdiyi əməliyyatla bağlı yeni məlumatlar yayıb.

“Hizbullah”ın hücumlarına cavab vermək istəyən sionist ordusu itkilərlə üzləşib. Kanal bildirir ki, Şiba bölgəsində həyata keçirilən əməliyyatda 4 işğalçı ordu əsgəri öldürülüb.
İşğalçı ordu isə hələ də bu barədə susur. Sionist ordu sözçüsü Moti Almoz yalnız bunu bildirib ki, əməliyyat çərçivəsində işğalçı ordunun 2 zirehli texnikasına böyük zərər dəyib.
Əməliyyatla bağlı Hizbullahdan gələn növbəti açıqlamada isə işğalçılara qarşı bu uğurlu əməliyyatın bir qədər əvvəl şəhid edilən və onun adına adlandırılan “Şəhid Səmir Qintar Bölüyü”nün planlaşdırdığı və həyata keçirdiyi bildirilir./maide/
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber