Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Azərbaycan hökumətinin planlarını pozan hadisə

Neftin ucuzlaşması və ölkədə baş verən iqtisadi dəyişikliklər fonunda cari ilin dövlət büdcəsinə yenidən baxılması təklif olunur. Qanunlar isə may ayına qədər gözləməyi tələb edir.

2016-cı ilin dövlət büdcəsində, neft 50 dollardan hesablansa da, “qara qızıl”ın qiymətinin 37 dollara qədər enməsi hökumətin planlarını pozur.

Bu isə büdcəyə yenidən baxılması zərurətini gündəmə gətirib. Qanuna görə, büdcə gəlirləri 30 faizdən çox azalarsa, may ayından tez və oktyabr ayındın gec olmayaraq yenidən baxıla bilər.

Maliyyə Nazirliyi bəyan edib ki, hazırda gələn ilin dövlət büdcəsinə düzəlişlərin edilməsi məsələsinə baxılır.

Qurumun şöbə müdiri Fazil Fərəcov isə bildirir ki, hökumətdə neftin daha aşağı qiymətinə uyğun hesablamalar var: “Bugünkü reallığı nəzərə alaraq neftin barelini 30 dollar olacağı ilə bağlı hesablar aparılıb. Burada bizim itkilərimiz də hesablanıb. Biz də bunun kompensasiya olunması və indeksləşməsi yolunu düşünürük”./ans/
1321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34
Ərbəin yürüş