Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

32 yaşlı arvadını öldürdü

Füzulidə qətl hadisəsi baş verib.

Məlumata görə, axşam saatlarında, rayonun Balabəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Sadıqov Gəncəvi Zöhrab oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əsədova Vüsalə Hidayət qızının boğazını bıçaqla kəsib.

32 yaşlı Vüsalə Əsədovanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Belə ki, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Qeyd edək ki, ailənin 6-cı sinifdə təhsil alan oğlu var. O, baş verən qətldən ciddi psixoloji sarsıntı keçirib./qafqazinfo/
1777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
Go to TOP