Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

“Nə istintaq? Elmarın nə istintaqı ola bilər?

2013-cü ilin sona çatmasına az qalır. Bu il də jurnalist Elmar Hüseynovun qətlinin istintaqında yenilik olmadı. Dekabrın 16-da “Media forum” saytına danışan atası Sabir Hüseynov istintaqdan əlini üzdüyünü vurğulayıb: “Nə istintaq? Elmarın nə istintaqı ola bilər? Mən daha heç nə gözləmirəm istintaqdan. Bir onunla təsəlli tapıram ki, Elmar cəmiyyətin yadından çıxmır. Elmarın məzarının yanında özümə yer götürmüşəm. Vaxt çatan kimi oğlumun yanına gedəcəm”.

Elmar Hüseynov 2005-ci ildə Bakıda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
1790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16