Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

MTN mahiyyətli hökumət

Yaxud, o biri qurumlarda niyə islahat aparılmır?

Ötən ilin ən səs-küylü hadisəsi MTN-də baş verənlər oldu. Məlum oldu ki, dövlətin təhlükəsizlik sistemi təhlükə mənbəyi imiş və vətəndaşa zülm vermək üçün fəaliyyət göstərirmiş. Ortaya çıxan faktlar onu deməyə əsas verdi ki, MTN-də baş verənlər hansısa qurumun özfəaliyyəti yox, hakimiyyətin xarakterinin təzahürüdür.

Çünki, MTN-in qanunsuz əməllərinə digər strukturlar da göz yummuş və həmin cinayətlərə şərik olmuşdu. Siyasi xarakterli həbslər isə birbaşa hakimiyyətin zirvəsindən qaynaqlanır və MTN-in həbs etdiyi siyasilər də yuxarıların sifarişi əsasında şərlənirdi. Amma MTN hadisələrini hökumət mətbuatı böyük islahat, sahibkarlara qayğı, dövlətin cinayətkarlardan təmizlənməsi kimi təqdim etdi. Hökumət komandasının üzvləri də bu təbliğatı davam etdirdi və Eldar Mahmudovu top atəşinə tutdular. Sanki, yeganə nöqsanlı yer MTN imiş və yeganə çirkaba bulaşmış kadr Eldar Mahmudov imiş.

Təbii ki, manatın devalvasiyası bir çox məsələlər kimi MTN məsələsini də arxa plana keçirdi. Amma bu məsələyə qayıtmaq və bəzi məqamlara diqqət çəkmək lazımdır. Daha doğrusu MTN işinə görə həbs olunanlara qarşı irəli sürülən ittihamlar, əsaslı suallar doğurur. Bu suallar həm də MTN-də baş verənləri islahat kimi təqdim edənlərə aiddir. Heç kimə sirr deyil ki, həbs olunmuş şəxslər ağır cinayətlər törədiblər və layiqli cəzalarını almalıdılar. Amma o da məlumdur ki, baş verənlər dövlətçiliyin qorunması, cinayətkarların təmizlənməsi prosesi deyildi. Sadəcə olaraq oyun qaydalarını pozanlar, hakimiyyətin qırmızı xəttini keçənlər cəzalandırıldı.

Məsələ burasındadır ki, MTN işinə görə həbs olunmuş şəxslərə qarşı irəli sürülən ittihamları digər qurumlara da şamil etmək olar. Əgər MTN-də baş verənlər islahatdırsa, bu islahat niyə bütün strukturda aparılmır?

Əgər MTN əməkdaşları sahibkarlardan pul alırdısa, insanları haqsız həbs edirdisə, eyni proses DIN-də də baş verir. Polis əməkdaşları da vətəndaşı heç bir əsas olmadan saxlayır, sahə müvəkkili lazım olan məqamlarda öz “töhfə”sini verir, polis də bazardakı satıcıdan “haqq” istəyə bilir, məhkəmədə yalançı şahid kimi ifadə verir və s.

Yaxud, Ədliyyə sistemində eyni proseslər baş vermirmi? Hakimlər pul qarşılığında hökm çıxarır, sifariş əsasında insanların taleyini məhv edirlər və s.

Eyni “ənənə” Vergilər Nazirliyində, Gömrük, Səhiyyə, Təhsil sitemlərində də var və açıq şəkildədir. Vergi müfşəttişləri əsassız cərimələr yazır, gömrükdə qeyri-qanuni rüsumlar alınır, səhiyyədə pulsuz xidmətlər pulla göstərilir, təhsil sistemində pul müqabilində diplom almaq, savadsız olduğun halda imtahanlardan “5″ qiyməti almaq mümkündür və s.

Bir sözlə, MTN-in həbs olunmuş əməkdaşları hansı maddələrlə cəzaladırılırsa, digər qurumlarda da eyni maddələrlə həbs olunmalı adamalar kifayət qədərdi. Yəni, digər qurumlardakı qanunsuzluq MTN-dəkindən az deyil. Necə olur ki, MTN-də dərhal sislilə həbslər həyata keçirən hökumət, qiymət artıranları yalnız hədələməklə kifayətlənir? Yaxud, dövlət xəstəxanalarında bütün prosedurların pullu olduğunu bildikləri halda, bu “ənənə”yə niyə son qoyulmur?

Göründüyü kimi hökumətin məqsədi neqativ tendensiyaları durdurmaq, köklü islahatlar aparmaq deyil. Əgər belə olsaydı, ölkə çoxdan şəffaflaşmış, bütün strukturlar təmizlənmiş olardı.

Samir
1732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01