Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Başı kəsilən sahibkarın evindən 30 minlik qızıl oğurlanıb

Bakıda amansızlıqla qətlə yetirilən sahibkarın evindən 30 min dollar dəyərində qızıl aparılıb.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Öldürülən “Jevelleri” zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadənin qızı Günel Hüseynova izahatında evdən 30 min dollar dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Qeyd edək ki, M.Namədzadə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində yaşadığı evdə qətlə yetirilib. Evə soxulan şəxslər ona 43 bıçaq zərbəsi vurublar. Faktla bağlı cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur./axar/
1222 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber