Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Tale Bağırovun məhkəməsi təxirə salınıb

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Tale Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə yanvarın 6-da keçirilməli olan məhkəmə təxirə salınıb. Bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Vəkil C.Cavadov Tale Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

T.Bağırovun iddiasına yanvarın 6-da baxılmalı idi. Prosesə sədrliyi hakim Babək Pənahov edəcək.

T.Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 7 nəfər öldürülüb.
1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 0