Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Sionist zabit: "Hizbullah müasir silahlara malik ağıllı düşməndir"

Sionist İsrail rejimi ordusuna aid mənbələr Hizbullahının gücünü etiraf ediblər. Mehr xəbər agentliyinin bildirdiyinə görə, İsrail rejimi Maariv qəzetinə açıqlama verən sionist İsrail işğalçı ordusunun komandirlərindən biri Hizbullahın çox ağıllı, üstün döyüş qabiliyyətinə və müasir silahlara malik düşmən olduğunu ifadə edərək Hizbullahla növbəti döyüşün çox çətin döyüş olacağını bildirib. "Çünki gələcək döyüşün bir partizan döyüşü olacaq və nizami ordu qüvvələri artıq işin içində ola bilməyəcək", - deyə sionist zabit bildirib.

Növbəti qarşıdurmanın qaçılmaz olduğunu və Hizbullahın ağıllı, qüdrətli və üstün texnoloji gücə malik olduğunu ifadə edən sionist zabir "HƏMAS"ın da Hizbullahdan nümunə götürdüyünü, bunun üçün İsrail rejiminin indidən özünü çox pis və çətin bir ssenariyə hazırlamalı olduğunu söyləyib.

Hal-hazırda sionist mənbələr Livanla sionist işğalı altındakı Fələstin sərhədlərində vəziyyətin çox kritik olduğunu və hər an bir müharibə qığılcımının alovlana biləcəyini bildirməkdədirlər.
1674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24