Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Xaçmazda 3 uşaq atası imkansızlıqdan özünü asdı

Şimal bölgəsində ilin ilk intihar hadisəsi qeydə alınıb. Hadisə Xaçmazda, 4-cü şöbə adlanan yaşayış massivində baş verib.

Rayonun Palçıqoba kənd sakini 36 yaşlı Ramin Abdalov yaşadığı evin tövləsində özünü iplə asıb. Bu barədə gecə 23 radələrində xəbər tutan ailə üzvləri hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Hadisə yerinə gələn polis-prokurorluq əməkdaşları Ramin Abdalovun intihar etməsinin səbəblərini araşdırmağa başlayıblar.
Xaçmaz prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. 3 uşaq atası olan Ramin Abdalovun maddi imkansızlıqdan özünə qəsd etdiyi bildirir.

Bənzər hadisə bu gün Bakıda da baş verib. Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addım atdığı bildirilir./ans/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı