Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2016

Səudiyyə Ərəbistanın sünni-şiə məsələsini şişirtməkdə...

İran prezidenti ölkənin Nazirlər Kabinetilə görüş keçirib. Görüşdə bir neçə mövzu ətrafında danışan Həsən Ruhani Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan diplomatik məsələyə də toxunub. İlk öncə Səudiyyə Ərəbistanın səfirliyinə və konsulluğuna edilən hücumu qınayan Həsən Ruhani ölkənin Ali Məhkəməsindən və Baş Prokurorluğundan tez bir zamanda cinayətkarların saxlanılmasını və hadisənin araşdırılmasını xahiş edib. Daha sonra o Səudiyyə Ərəbistanın İranla diplomatik əlaqələrini kəsməsini və bəzi qonşu ölkələrə də təzyiq edərək diplomatik əlaqələri kəsməsini qınayaraq bu kimi addımların məntəqədə sabitliyə və sülhə ziyan vurduğunu bildirib. Məntəqədə bəzi məğlubiyyətlərdən sonra Səudiyyə Ərəbistanı tərəfindən atılan bu addımın məntəqənin təhlükəsizliyinə ziyan vurduğunu bildirən Həsən Ruhani, Səudiyyə Ərəbistanın sünni-şiə məsələsini şişirtməkdə və ictimai rəydə İrana qarşı mənfi rəy formalaşdırmaqda ittiham edib. Həsən Ruhani Yəmənin məzlum xalqını bombardman edən Səudiyyə Ərəbistanın Suriya və İraqda da terrorçu dəstələri silahlandırmasının məntəqədə yalnız sabitliyə ziyan vurduğunu diqqətə çatdırıb.


1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber