Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

İran Amerikadan açıqlama tələb edir

İranın BMT nümayəndəliyinin mətbuat katibi Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Robert Levinsonun vəzifəsi haqqında Tehrana açıqlama verməli olduğunu söyləyib.

"İRNA"nın Almaniya xəbər agentliyinə istinadən bildirdiyinə görə, İranın BMT nümayəndəliyinin mətbuat katibi Əli Rza Mir Yusifi Amerika KİV-lərindən "Associated Press"ə göndərdiyi yazılı açıqlamada Amerika hökumətindən Levinsonun İran ərazilərindəki missiyasının mahiyyəti barədə açıqlama tələb edib.

Mir Yusifi həmçinin İranın humanitar və təhlükəsizlik səbəblərinə görə Robert Levinsonun taleyi haqqında əməkdaşlıq edildiyini, lakin işlərin indiyə qədər nəticə vermədiyini söyləyib.

İran son günlərdə Vaşinqton Post qəzetiylə ABŞ Associated Press agentliyinin Robert Levinsonun FTB üçün 6 il əvvəl dəqiq bəlli olmayan bir missiya çərçivəsində İrana gəldiyini ifşa etməsindən sonra belə bir açıqlama verilməsini tələb edir.

Məsələ ilə bağlı İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Vaşinqton Post qəztinə açıqlama verib. Zərif bildirib ki, İranda həmin şəxsin taleyi ilə bağlı hər hansı bir məlumat yoxdur./deyerler/
1772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP