Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Əhalinin aztəminatlı təbəqəsi acınacaqlı durumda…

Hökumət qiymət artımının fonunda isə indeksasiya məsələsinə niyə diqqət yetirmir?

Ölkə iqtisadiyyatında baş verən proseslər bütün sektorlara ciddi təsir göstərib. Xüsusən əhalinin aztəminatlı hissəsi daha çox zərərlə üzləşib. Məsələn, pensiyaçılar əvvəlki daha acınacaqlı vəziyyətə düşüb. Manatın dollar qarşısında iki dəfə dəyərdən düşməsi onların yaşayışını olduqca ağırlaşdırıb. Məbləği onsuz da az olan pensiyalarla dolanmaq ölkədəki qiymət artımından sonra faktiki mümkünsüz olub.

Hökumət rəsmiləri isə inflyasiyanın əməkhaqqı və pensiyalara təsirindən danışmaq istəmir. Maraqlıdır, bəs ekspertlər bu barədə nə düşünür?

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, təqaüdlərin, sosial müavinətlərin ilin sonunda indeksasiyası istehlak mallarının nə qədər qəbul olunmasına görə aparılır. Ekspert ötən ilin sonlarında təqaüdlərin sığorta hissəsinə 0,1 faiz artım tətbiq edildiyini, bunun isə çox cüzi olduğunu vurğulayır: “Indi yəqin ki, bu rəqəm 0,1 olmaz. Statistika Komitəsi 6-7 faiz, bəlkə də ondan daha az rəqəm elan edəcək və bu rəqəm də bütövlükdə pensiyaların həcminə tətbiq olunmayacaq. Mərkəzi Bank 11-ci aya nəzərən, təxminən 3 faizlik qiymət artımından bəhs edirdi. Yəqin ki, ona yaxın rəqəm təqdim edəcəklər”.

Ekspert qeyd edir ki, fevralda və dekabrda baş vermiş iki devalvasiya nəticəsində istehlak mallarının qiyməti yüz faizə qədər bahalaşıb. Qiymət artımının fonunda isə indeksasiya məsələsinə yenidən diqqət yetirmək lazımdır. Ekspert hökumətin ehtiyacı olan pensiyaçıların, müavinət alanların maliyyə durumunun, alıcılıq qabiliyyətinin aşağı düşməsinə diqqət yetirməsini vacib sayır: “Onların vəziyyəti hədsiz dərəcədə pisləşib. Real indeksasiya aparılsaydı, yaxşı olardı. Bu həm də onların sosial təminat sisteminə əhəmiyyətli dərəcədə təsir edərdi”./azadlıq/
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber