Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

300 kiloluq cəsədi traktorla basdırdılar

Türkiyənin Qaziantep vilayətində qeyri-adi dəfn hadisəsi baş verib. 300 kq çəkisi olan 39 yaşlı Mustafa Erkan Öztürkün cəsədini evdən çıxarmaq mümkün olmayıb.

Onun qohumları bu məqsədlə Dövlət Yanğından Mühafizə Xidmətindən yardım istəyib. Öztürkün cəsədi xüsusi avadanlıq və vasitələrlə əvvəl məscidə aparılıb. Burda yuyulub kəfənlənən və cənazə namazı qılınan Mustafa Erkanın nəşi daha sonra dəfn olunmaq üçün yük maşını ilə məzarlığa aparılıb. İnsan qüvvəsi ilə götürülməsi mümkün olmayan 300 kiloluq cəsəd traktorun yardımı ilə məzara qoyularaq dəfn edilib. Mərhumun qohumları göstərdiyi dəstəyə görə Qaziantep bələdiyyəsinə öz təşəkkürünü bildirib./Musavat/
1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 13:52