Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Rusiyadan 120 min miqrant deportasiya edilib

Son 4 ildə Rusiyadan 120 min nəfərə yaxın qanunsuz miqrant deportasiya edilib.

Bunu Rusiya Məhkəmə Pristavları Federal Xidmətinin nümayəndəsi Oksana Pulina bildirib.

O, 2015-ci ildə Rusiyadan deportasiya edilən qanunsuz miqrantların sayının ötən illə müqayisədə azaldığını söyləyib: "2014-cü ildə 35.100 nəfər qanunsuz miqrant deportasiya edildiyi halda, keçən il bu rəqəm 31 min 800 nəfər olub".

Qanunsuz miqrantların Rusiyadan deportasiya edilməsi ilə bağlı qanunun 2012-ci il, yanvarın 1-dən qüvvəyə mindiyini xatırladan Federal Xidmət nümayəndəsi 4 il ərzində 120 min nəfərə yaxın qanunsuz miqrantın ölkə ərazisindən çıxarıldığını qeyd edib./apa/
1154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP
<