Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Xırdalanda 20 yaşlı gənci bıçaqladı

Abşeron rayonunda 20 yaşlı gəncə 6 bıçaq xəsərəti yetirən şəxs polisə könüllü təslim olub.

Hadisə Xırdalan şəhərində qeydə alınıb. 20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Zərərçəkmiş ifadəsində küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov pul vermədiyinə görə həmin şəxslər tərəfindən bıçaqlandığını deyib.

Hadisəni törədən 25 yaşlı Mehman Mövlud oğlu Mahmudov isə bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinə könüllü təslim olub. Saxlanılan şəxsin sözlərinə görə, Bilal Məmmədovu soymaq niyyəti olmayıb və onu əvvəldən tanıyırmış. Mehman Bilalla Xırdalan şəhəri ərazisindəki çayxanalardan birinin qarşısında rastlaşdığını deyib.

Mehman hadisəni belə nəql edib: “Əvvəldən onunla söhbətim var idi. İdmançıdır, qoldan güclüdür. Bildim ki, bacara bilməyəcəm. Bir az da artıq-əksik hərəkət elədi, əl-qol atdı. Gördüm, gücüm çatmır, bıçaqla vurdum”.

Bundan sonra isə Mehman Mahmudov ərazidən uzaqlaşıb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkum olunub./musavat/
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...