Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Astaranın yollarına xərclənən milyonlar…

İlham Əliyevin son illərdə verdiyi sərəncamlara əsasən, Astara rayonunun sosial-iqtisadi inkişafı və kənd yollarının təmirinə 7.3 milyon pul ayrılaraq xərclənib. Bəs görək, milyonlarla manatlar hara xərclənib?

Astara rayon Icra Hakimiyyətinin saytında göstərilir ki, Ərçivan-Şüvi-Qapçıməhəllə kəndləri arası 13.5 kilometr yol əsaslı təmir olunub. Bu yolun üstündə 1 körpü və 20 su ötürücüsü tikilib. Yol 24 min nəfər əhalisi olanÿ14 yaşayış məntəqəsini əhatə edir.

Prezidentin başqa bir sərəncamlarına əsasən də, Siyəkü-Rinə (14 kilometr), Kicabə-Qəcimardə, Kicabə-Ocəkəran (10 kilometr) yolları da əsaslı təmir olunub və asfalt döşənib.

Prezident 2013-cü il sentyabrın 21-də isə ÿAstara rayonu ilə bağlı başqa bir ÿsərəncam verib. Deqədi-Pəlikəş yolunun əsaslı təmiri üçün ilkin olaraq 2 milyon manat pul ayırıb. Bu yolun uzunluğu 21 kilometrdir və dağ ərazilərindən keçir. Astaranın tarixində ilk dəfə olaraq dağ yollarına asfalt döşənib. Dəniz səviyyəsindən 1500 kilometr hündürlükdə olan yolda 4 körpü inşa edilib. Ötən il aprelin 11-də yolun açılışı olub. Açılış lentini ölkə prezidenti kəsib.

Yolun sevinci uzun çəkməyib…

Əhali bu yolun sevincini çox da yaşamayıb. Ötən ilin oktyabr və noyabr aylarında yağan yağış yolu bir neçə istiqamətdə yuyub aparıb. Yollarda su ötürücü tikilmədiyi üçün yağışÿasfaltı yarıb. Yolda böyük çatlar əmələ gəlib. Əvvəllər bu yoldan istənilən markada olan minik maşınları rahat gedə bilirdilər. Indi maneələrdən ÿancaq iri yük maşınları keçə bilir.

“Xəstələrimizi mərkəzə at üstündə çatdırardıq”

Yoldan keçən UAZ markalı maşının sürücüsü deyir ki, dağ yolları həmişə başıbəlalı olub:

“20 kəndi birləşdirən bu yolu həmişə biz tikmişik. Yola əsasən çınqıl döşəmişik. Yay aylarında bəzi yük maşınları, traktorla burda hərəkət edə bilib. Qışda isə atla hərəkət etmişik. Xəstələrimizi rayon mərkəzinə at üstündə çatdırardıq”. Kənd sakinləri deyir ki, asfalt yol təmir olunmasa tamamilə dağılar.

Icra hakimiyyəti nə deyir?

Astara rayon Icra Hakimiyyəti aparatından verilən məlumata görə, çətinliklər qismən aradan qaldırılıb. 4 yerdə yaranmış çatlar çınqılla örtülüb. Bu ilin mayında asfalt yol təmir olunacaq.

Indi də Siyəkü-Hamuşam yolunda iş gedir. Bu da ikinci dağ yoludur. Çınqıl döşənib, asfaltın isə may ayında çəkiləcəyini deyirlər. Həmin yol üçün də 3.3 milyon pul ayrılıb.

“Korrupsiya imkan vermir ki, tikinti keyfiyyətlə aparılsın”

Iqtisadçı Vidadi Mirzəyev deyir ki, yol tikintisi sovet dövründə də rahat yeyinti sahəsi olub. Indi ən çox bu üsullardan bələdiyyələr istifadə edir:

“Bu məsləyə bir dəfə toxunmuşuq. Siz təsəvvür edin, milyonlarla pul xərclənib, yol salınıb. Birinci yağışda yol dağılır. Bu onu göstərir ki, yol tələb olunan qaydada inşa edilməyib. Korrupsiya imkan vermir ki, tikinti keyfiyyətlə aparılsın. Digər tərəfdən, yol tikintisini həyata keçirtmək üçün bizdə nə mütəxəssis, nə də ixtisaslaşmış sahələr var. Olanlar da formaldır. Bizdə asfalta yamaq vura bilirlər”.

“Günə 6-7 manat qazananda elə sevinərəm ki…”

35 yaşlı Rövşən Şirinov mərkəzdən kənar metroların çıxışlarında “şirin pambıq” və şar satır. Avropa Oyunları vaxtı işdən çıxarılandan sonra başqa iş tapmayınca, uşaqları ac qalmasın deyə, səyyar satıcılığa başlayıb. Deyir, 2-3 ay olar ki, bu işlə məşğuldur. Rövşən “Azərsun Holdinq”də fəhlə işləyirmiş:

“300 manat maaş alırdım. Özüm çıxmaq istəməsəm də, ərizə yazdırıb çıxardılar. Bizlə bərabər türkiyəlilər, iranlılar da işləyirdi. Amma onlarla bizim maaşımız kəskin fərqlənirdi. Türkiyəlilər 7 min, iranlılar 4 min manata qədər maaş alırdı. Yenə də, yaxşı idi, belə soyuqda çöldə gəzmirdim, günortalar naharımızı verirdilər, isti yemək yeyirdik. O vaxtdan nə qədər iş axtarsam da, heç yerdə tapa bilmədim, məcbur qalıb səyyar satıcılıqla məşğul oldum”.

“Hər adam şara, ”şirin pambıq”a pul vermır axı…”

Deyir ki, hər gün səhər saat 11-dən küçəyə, iş yerinə gəlir:

“Gündəlik alver çox zəif olur, güclə 6-7 manat qazanıram. Ailəmi zorla dolandırıram. Dəfələrlə evə 3 manatla getmişəm. Günümə 6-7 manat qazananda elə sevinərəm ki… Şarın balacasını 50 qəpiyə, bir az böyüyünü 1 manata, ”pambıq”ı isə 40 qəpiyə satıram. Dünəndən 20 dənə “şirin pambıq” götürmüşdüm, hələ 2-si qalıb. Günə 5-6 dənə də şar satıram. Elə demək olar ki, ən çox satdığım bu qədər olur. Alıcılarım uşaqlardır. Amma çox vaxt elə olur ki, uşaqlar istəyir, valideynləri almır. Bu krizisdə hər adam şara, “şirin pambıq”a pul vermir axı… Alan oldu-olmadı, axşam 7-yə kimi gəzirəm”.

Burda polislər “dəymirlər”

Rövşən deyir ki, şəhərin mərkəzində polislər səyyar satıcılığa imkan vermədiyi üçün, mərkəzdən kənar, nisbətən sakit yerlərdə satış edir:

“Burda polislər "dəymirlər". Yoxsa şəhərin mərkəzində sata bilmərəm. Bir yerdə dayananda qovalayırlar, ancaq gəzəndə heç nə demirlər”.

Indi Rövşənin ancaq bir arzusu var: "Istəyirəm ki, normal maaşlı bir iş ola, gedib işləyəm, ailəmi dolandıram, istidə-soyuqda küçədə qalmayım"./azadlıq/
1260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26