Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Nardaran ağsaqqallı saxlanıldı

Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimovu saxlayıblar.

Onun barəsində cinayət işi açılıb. N.Kərimov şərlənərək Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

Hazırda N.Kərimovu Səbail Rayon Məhkəməsinə aparırlar. O, məhkəmə qarşısına çıxarılacaq və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə günahlandırılan şəxsləri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir./Report/
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39
Bəşər Əsəd 10 terror