Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Sumqayıt hadisəsi ilə bağlı 4 də tutuldu

Sumqayıtda baş verən atışma ilə bağlı daha dörd nəfər həbs edilib
Saxlanılanlardan birinin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib

Sumqayıtda baş verən atışma ilə bağlı daha dörd nəfər həbs edilib. İnterAz-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə şübhəli bilinən daha dörd nəfər - şəhər sakinləri Əhməd Salmanov, Kənan Mehrəliyev, Rövşən Musayev və Elşən Məmmədov tutulub.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

R.Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber