Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Tale Bağırzadənin “bandotdel”də burnu sındırılıb

“Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadənin işgəncə nəticəsində burnu sındırılıb. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb.

Hələ noyabrın sonunda Tale Bağırzadənin yaxınları ilə müqavilə bağlayan vəkil deyir ki, dekabrın 29-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) dəvət edilib.


“Orada mənim müdafiəçi olaraq, formal təqdimatım keçirildi. Tale Bağırzadə ilə konfindensial ünsiyyət saxlamaq imkanım olmasa da, qısaca danışmaq imkanım oldu. Ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, bu yolla ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin alınmasına cəhdlər edilib. Buna baxmayaraq, o, özünü təqsirli bilmiəyib“, – deyə Cavad Cavadov qeyd edib.

Vəkilin sözlərinə görə, noyabrın 26-da həbs olunandan bəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Tale Bağırzadənin hələ də ailə üzvlərilə telefonla əlaqə saxlamaq hüququ təmin olunmur. Yaxınlarının onun üçün göndərdiyi sovqat, hətta adi pal–paltar da qəbul edilmir.

Qeyd edək ki, Tale Bağırzadənin saxlanma şəraiti, hüquqlarının pozulması ilə əlaqədar vəkili məhkəmə nəzarəti qaydasında şikayət verib. Bu şikayətə Nəsimi Rayon Məhkəməsində yanvarın 14-də saat 15.00-da baxılacaq.

Vəkil bildirib ki, məhkəmə iclasında işgəncə hallarının araşdırılması üçün tibbi ekspertinın keçirilməsi məsələsini qaldıracaq./azadlıq/
1826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.