Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2016

Əli Kərimlidən Nardaran ağsaqqalının həbsinə etiraz

“Demokratik ruhlu, dövlətimizə, onun bayrağına ürəkdən bağlı bir ağsaqqalı dövlətə xəyanətdə ittiham etmək absurddur”

AXCP sədri Əli Kərimli Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsinə münasibət bildirib. N.Kərimov bu gün saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunaraq barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Əli Kərimli bununla bağlı feysbuk səhifəsində yazıb:

“Əminəm ki, facebookdakı əksəriyyət Natiq bəyi Nardaran hadisələrindən sonra tanıyıb. Nardaranda əməliyyat keçirilən günlərdə mətbuata, ictimaiyyətə kənddən yalnız Natiq bəy məlumat verirdi. Biz yaxşı xatırlayırıq ki, Natiq bəy həmin çətin günlərdə həmkəndlilərini təmkinli olmağa, polisə müqavimət göstərməməyə, hökumətlə dialoqa getməyə, silahı olanları silahlarını təhvil verməyə çağırırdı. Natiq bəy Milli Şuranın üzvü olaraq hər zaman hakimiyyətlə yalnız dinc mübarizənin tərəfdarı olduğunu bildirib. Yaxşı yadımdadır, hətta müsahibələrinin birində demişdi ki, kənddə kiminsə silahı olduğunu bilsə, silahı alıb həmin adamın başına vurar. Nardaranda daha böyük gərginlik yaranmadığına görə hamımız o ağsaqqala minnətdar olmalıyıq. Natiq Kərimov Milli Şuranın Avropa Birliyinə inteqrasiya ilə bağlı siyasi bəyannaməsini imzalamış ağsaqqal din xadimlərindən biridir. Səhhətində ciddi problemlər olan, demokratik ruhlu, dövlətimizə, onun bayrağına ürəkdən bağlı bir ağsaqqalı dövlətə xəyanətdə ittiham etmək absurddur. Natiq bəyi də digər siyasi məhbusları da azad etmək, ölkənin həlli vacib olan sosial-iqtisadi problemlərilə məşğul olmaq lazımdır”.
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51