Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Rusiya XİN: Əsədin getməsi məsələsi Vyanada razılaşdırılmayıb

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov Bəşər Əsədin Suriya prezidenti postundan 2017-ci ilin martında getməsi ilə bağlı məsələ Vyanada Suriyaya dair keçirilən danışıqlar çərçivəsində razılaşdırılmayıb. Bu barədə “İnterfaks” məlumat verir.

“Bəlkə də ABŞ-ın bununla bağlı hansısa planları olub, lakin Vyanada bu məsələ razılaşdırılmayıb və razılaşdırıla bilməzdi”, deyə Boqdanov bildirib.

Onun sözlərinə görə, Moskvanın prinsipial mövqeyi ondan ibarətdir ki, Suriyanın və ölkə rəhbərliyinin gələcəyini yalnız Suriya xalqı müəyyən edə bilər.
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09