Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Ramiz Mehdiyev olmasaydı…

Heydər Əliyevin bioloji varisi Ilham Əliyev, siyasi varisi Ramiz Mehdiyevdi (Xaliq Bahadır, görkəmli ictimai xadim).

Kimyanı ala-babat bilənlərə bu terminlər tanışdı: dönən reaksiyalar, dönməyən reaksiyalar.

Dönən reaksiyalarda, tutaq ki, “B” və “C” maddələri reaksiyaya girib “A” maddəsini əmələ gətirir. Eyni zamanda, həmin “A” maddəsi parçalananda “B” və “C” alınır.

Dönməyən reaksiyalarda isə hansısa “A” maddəsi parçalananda “C” və “B” alınsa belə, başını kəssən də, bu, sonuncuların reaksiyasından “A”nı doğurmur.

Bu qəliz girişə görə məni qınayanlar səbrli olsun, hirs-hikkənizi saxlayın müəllifi buna vadar edənlər üçün.

YAP-ı yaradanlardan, bu gün isə öz partiyasında “yan küçənin cahılı” kimi qəbul edilən Eldar Sabiroğlunun məqaləsini oxudum. Məqalə uzundur, məğzini 3-4 cümləyə belə yerləşdirmək olar: “Ilham Əliyev yaxşıdır, Ramiz Mehdiyev pis. Ramiz Mehdiyev olmasaydı, YAP şoran torpaqları gülüstan edəcəkdi. Ramiz Mehdiyev ona görə belə pis və xaindir ki, 3 dəfə əqidə dəyişib, daxilən Heydər Əliyevə əslində, düşmən kəsilib”.

Eldar müəllim Ramiz Mehdiyevə qəzəblidir. Haqqı da var. Ancaq sabiroğlusayaq tənqid əsassızdır, zalım rejimin mahiyyətin təhrif etməkdir.

Əvvəla, Mehdiyevin əqidə dəyişməsini (Kommunist, Ayaz-çı və YAP-çı) tənqid eləməklə, Eldar Sabiroğlu özünü də zərbə altında qoyur, ulu öndərini də. Lap dərindən götürsən, YAP-ın külliyyatını da. Çünki bu partiyada ən hörmətli adamlar öz əqidədaşlarını satan, atan və “haqqın yolunu tapanlardı”. Məgər Heydər Əliyev özü Ramiz Mehdiyevin siyasi trayektoriyasından çoxmu fərqli yol adlayıb?

Doğrudur, qanunlar və siyasətin qaydaları partiya və əqidə dəyişməyə imkan verir. Burada əsas məqam mövqe dəyişikliyinin nəyin müqabilində edildiyi, yeni seçilən partiyanın məqsəd və məramıdır. Səhv yolda olan adam əqidəsindən imtina edib, düzgünlərə qoşulursa, burada ayıb nə var ki? Bəla onda olur ki, bizim ölkədə, konkret misalda desək, düz adamlar YAP-a qoşulub əyilir, sözün hər iki mənasında…

Ikincisi, bu gün bəli, Ramiz Mehdiyevin Heydər Əliyevə qarşı bir zamanlar qəddar mövqe tutduğunu çox adamlar deyir. Eldar müəllim də onlara qoşulmaqla ya etiraf eləməlidir ki, Heydər Əliyev peşəkar çekist, bilgin siyasətçi olmayıb, ya da deməlidir ki, “ulu öndər” keçmişi ləkəli, kompramantı bol olanlarla işləməyi daha sərfəli metod bilib. Ikincisi daha ağlabatandır. Çünki ola bilməz ki, hamının bildiyi bu söhbəti Heydər Əliyev bilməsin.

Eldar müəllimin yuxarıda icmalını verdiyim fikirlərindən biri ilə isə razılaşmaq olar. Bəli, bu bir az həqiqətə oxşayır ki, Ramiz Mehdiyev olmasaydı, şoranlı torpaqlar laləzara dönə bilərdi. Amma bu da dolayı səbəbdən. Çünki Ramiz Mehdiyevin yoxluğu, şəxsən mənim fikrimcə, bu hakimiyyətin yoxluğunu şərtləndirə bilərdi. Bu hakimiyyət də olmasaydı, Azərbaycanın uğurlu inkişafı real idi. Yəni, bu gün YAP və hakimiyyət varlığına görə Ramiz Mehdiyevə minnətdar olmalıdır. Belə xidməti Eldar Sabiroğlu və onun kimilər unutsa da, qibleyi-aləm unutmur və layiqincə qiymətləndirir.

Indi isə qayıdaq əvvələ. Amma onu da unutmayaq ki, mən bir demokrat olaraq, insanların siyasi əqidələrini dəyişməsini təbii qarşılayıram, partiya seçmək, partiya dəyişmək dünyada adi haldı. Fəqət, nə hikmətdirsə, bizim ölkədə YAP-a daxil olmaq “dönməz reaksiyadır”. Bu partiyaya daxil olan adam oradan rəsmi və ya qeyri-rəsmi olaraq çıxanda əvvəlki adam, yaxud demokrat ola bilmir. YAP insana neqativ mənada, fərqli özəllik verir. Qəribədir ki, sonra adam YAP-dan imtina eləsə də, YAP-çılıqdan qopa bilmir. Yalan deyirəmsə, bu meydan, bu da şeytan. Yarım milyon YAP-çı yeni və parlaq istefaları ilə demokrat nümunəsi yaradıb, bizi inandırsın.

Natiq Güləhmədoğlu/azadlıq
1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı