Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Ərdəbildə Nardaran şəhidlərinin və Şeyx Nimrin anım mərasimi keçirildi -Foto

Ərdəbilin Sərçeşmə məscidində Nardaran şəhidlərinin və Şeyx Nimrin anım mərasimi keçirildi -Foto

Anım mərasimi məğrib və işa namazlarından sonra Ərdəbilin Sərçeşmə məscidində ümumi əhalinin, fərmandar, ruhanilər və əyalətin digər dövlət məsullarıın iştirakı ilə keçirildi. Mərasim Quran tilavəti ilə başladı. Höccətül-islam Nuri çıxış edərək Nardaran şəhidlərin və Ayətullah Şeyx Nimrin məzlumcasına şəhadəti münasibətilə İmam Zamana (əc) başsağlığı verdi.

Mərasimin natiqi həmçimin dedi: “Şiənin iki bariz xüsusiyyəti vardır: birincisi, şiənin məzlumluğu, ikincisi, şiənin məhrumluğu. Allah bir kəsə izzət vermək istəsə, heç kəs onun izzətini əlindən alıb, zəlil edə bilməz. Həmçinin, Allah bir kəsi xar və zəlil etmək istəsə, bütün dünya birləşsə belə, onu izzətə çatdıra bilməz. İmam Əlinin (ə) dövründən indiyə qədər Əhli-beyt (ə) haqq-ədaləti müdafiə etdiklərinə görə zülmə məruz qalıblar.

İmam Əli (ə) buyurur: “Allah, bir kəsə izzət vermək istədikdə, onun əlindən tutur və izzətə çatdırır.

Tarix boyu şiələrə qarşı çoxlu zülmlər olmuşdur. Bu hələ də davam edir. Bunun da səbəbi şiənin haqqı və məzlumu müdafiə etməsidir. Ali-Səud regionda Amerika və seonizmin yetişdirməsidir.

Hal-hazırda dünyanın bütün yerlərində: İraq, Yəmən, Suriya, Əfqanıstan, Nigeriya və s. şiələr məskunlaşdığına görə daim əhali öldürülür və onun da yalnız bir səbəbi vardır: şiələr haqq və məzlumu müdafiə edir.

Ərəbistanın dövlətinin Qətif bölgəsində şiələri öldürməsi, şiə ruhanisi Şeyx Nimri şəhid etməsi şiənin hələ də məzlum olmasını bir daha sübut etdi.

Bilmirəm nə üçün bizimlə eyni dilli, eyni məzhəbliqonşu ölkə Azərbaycan Respublikası hansı dəlillə, hansı səbəblə şiələri qətliam etdi? Azərbaycan dünyanın ikinci şiə ölkəsi olduğu bir halda nə üçün daim şiələri qətliam edir, repressiya edir? Bunları etməkdə onun məqsədi nədir?

Azərbaycanın hakimiyyəti İmam Hüseynin (ə) Ərbəin ziyarətçilərini həbs edir və evlərinə özü silah qoyaraq, onları silah saxlamaqda ittiham etməklə hansı hədəfi izləyir?

Azərbaycanda təkfirçi qrupların fəaliyyətləri bir həddə çatmışdır ki, hətta bu ölkənin dövlət rəsmiləri də artıq onlara tərəf sövq olub.

Bu ölkədə 400-dən çox təhlükəsizlik qüvvələrinin vəzifədən çıxarılması,MTN kimi bir təşkilatın ləğv olunması və onun yerinə digər bir təşkilatın yaradılması ölkə hakimiyyətinin zəifliyini və onun nə edəcəyini bilməməsini göstərir. Dövlət şiələri qətliam etməklə hansı məqsəd ardıncadır?

Belə hakimlərin hamısı bilsin ki, bütün fitnələrin sərkərdəsi olan Amerika kimi bir ölkənin prospektlərində azan verilir. Bütün bunlar şiənin haqq olduğunu və sonda da öz haqqına çatacağını göstərir.

Mərasimin davamında tanınmış şair Hacı Hüseyn Qəffari və Hacı Əlirza İsfəndiyari Nardaran, Nigeriya şəhidləri və Şeyx Nimrin xatirəsinə mərsiyyə oxudular./qafqaz.ir/

IMG_2996 IMG_3005 IMG_3022 IMG_3090 IMG_3096 IMG_3101 IMG_3103 IMG_3105 IMG_3110 IMG_3111 IMG_3125 IMG_3129 IMG_3151

1588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP