Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Ziya Məmmədovun adamı Bağdasaryanla ortaqdır

Azərbaycan hökumətinin nüfuzlu nazirlərindən birinin adamı kimi tanınan Qulam Ələkbərovun Ukraynada ermənilərlə tərəfdaşlıq etdiyi üzə çıxıb.

Haqqin.az saytının Ukrayna bürosunun əldə etdiyi məlumatlara görə Dnepreperovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir.

Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTİ” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır.


Bu, Q.Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Məlumatlara görə onun biznes-partnyoru “Omeqa İnvestkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.

Q.Ələkbərov Azərbaycanda “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib. Şirkət Bakının Rəşid Behbudov küçəsində inşa etdiyi binalarda bir mənzili bir neçə adama satıb, bununla da vətəndaşlara 1.5 milyon manat ziyan vurub. Habelə Q.Ələkbərovun “Sanur Holding”in də sahiblərindən biri olduğu haqda mətbuat yazıb.

Haqqin.az Ukraynafada Q.Ələkbərovun adına olan firma və şirkətlərin ünvanlarından, adlarından ibarət geniş siyahıya malikdir. İstisna deyil ki, əslində o, himayəsində olduğu nazirin biznesini “fırladır”.Q.Ələkbərovun adı Ukraynadakı nüfuzlu diaspor lideri İqbal Mahmudovun qətli üzrə məhkəmə prosesində də çəkilib. Şahidlərdən biri Məhyəddin Kərimov məhkəmədə deyib ki, İqbal Mahmudovun dostlarından eşitdiyinə görə qətlin sifarişçisi Bakıda yaşayan, ancaq Ukraynada biznesi olan Qulam Ələkbərovdur.

İstiqlal-ın araşdırmalarına görə, sözügedən nazir nəqliyyat naziri Ziya Məmmədovdur.

Nəqliyyat Nazirliyinin elan etdiyi tenderlərdə qalib olan şirkətlərdən biri də Q.Ələkəbərovun sahibi olduğu “Sanur Holding”dir. Bu şirkətin Ziya Məmmədova yaxın olduğu, hətta onun rəhbərliyində nazirin ailə üzvlərinin də təmsil olunduğu barədə məlumat var.

Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.

Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində, həmçinin keçmiş deputat Gültəkin Hacıbəylinin 2010-cu ilin parlament seçkilərindən sonra mandatsız qalmasında Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir.
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11
Put