Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Səudiyyə Ərəbistanına iflas və ölüm – Generaldan proqnoz

İranın briqada komandiri, general Hüseyn Salami Səudiyyə Ərəbistanı hökumətinin addımlarını Səddam Hüseyn rejiminin taleyilə müqayisə edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb. Hüseyn Salami bildirib ki, Səudiyyə Ərəbistanı dinlərarası münaqişələri gərginləşdirməyə yönələn siyasətini dayandırmasa iflasa uğrayacaq.

“Səudiyyənin siyasət rejimi domino effektiylə qarşılaşacaq. Onlar özləri yaratdıqları uçqunun altında qalacaqlar”, - deyə Salami bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu istiqamətdə siyasətini dəyişdirməsə, iflas yaxın illərdə baş verəcək. Salami həmçinin, ölkənin yolunu İraqın keçmiş prezidenti Səddam Hüseynin kədərli taleyilə müqayisə edib: “Səudiyyə Ərəbistanının hazırki siyasəti Səddam Hüseynin 1980-90-cı illərdəki siyasətilə müqayisə olunandır. O, İranla müharibəyə başladı, tanınmış ilahiyyatçıları və məmurları edam etdi, müxalifləri yatırdı və onun taleyi kədərli oldu”.

Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi çoxmillətli koalisiya qoşunlarının hücumu nəticəsində devrilib. Bundan sonra o, İraqın Ali məhkəməsinin hökmülə edam olunub./AzNews/
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP