Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Neftçalada balıqçılar etiraza qalxdı

Bu gün səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçiriblər.

Neftçala sakinlərinin virtualaz-a verdikləri məlumata görə, dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamalarına etiraz ediblər.

Hadisə yerinə gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları danışıqlardan sonra aksiya keçirənlər avtomobil yolunu açsalar da, dağılışmayıblar.
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 14:58