Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2016

Rusiya bu raket kompleksinə görə liderdir - Siyahı

Rusiya dünyanın uzaqmənzilli raket kompleksinə sahib olan ölkələr arasında birinci yerdədir.

Havadan müdafiə sistemini inkişaf etdirmiş ölkələr arasında Rusiya ön sırada qərarlaşıb.

Rusiya hərbi sənayesi S-400 tipli raket sistemi ilə təmin edilib. Belə ki, bu kompleks 400 km məsafədə, saniyədə 4,8 km sürətlə hərəkət edən aerodinamik hədəfi məhv edir. S-300 raket kompleksi isə 200 km məsafədə olan hədəfi vurmaq gücünə sahibdir.

Rusiyadan sonrakı pillədə yer alan ABŞ-ın isə ən güclü uzaqmənzilli raket sistemi "Patriot"dur. Bu sistem havada olan 3-6 metr uzunluğundakı raketləri məhv etməyə qadirdir.

"Patriot" raket sistemində radar sistemləri aktiv rol oynayır. Bu sistem sahəsində hücuma keçən raketlər tanınır və dərhal məhv edilir. Radar mənzili 80 km-dir.

İlk üçlüyü Çin qapayır. Bu ölkənin FD-200 uzaq mənzilli raket sistemi 100 km məsafədə olan hədəfi vurmaq gücünə malikdir və bu sistem bir hücuma 32 atış reallaşdıra bilir.

Siyahıda növbəti pillələrdə İsrail, İran, Şimali Koreya, Hindistan və Türkiyə qərarlaşıb./axar/




1239 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10