Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Kralın qızı: "Biz azadlığı Ayətullah Nimrdən öyrəndik"

Ötən il dünyasını dəyişən Səudiyyə kralı Abdullah bin Əbdüləzizin qızı öz tayfasının əleyhinə etiraza qalxıb.

“Əl-İtticah” telekanalının yaydığı məlumata görə, şahzadə xanım Səhər bint Abdullah bin Əbdüləziz yanvarın 2-də edam edilən şiə alim şeyx Ayətullah Nimr-ən-Nimrin öldürülməsinə qarşı çıxıb və onu "azadlıq mücahidi" adlandırıb.

Kralın qızı ərəb xalqına müraciət edərək bildirib ki, o, "azadlıq və əzəməti" məhz şeyx Nimrdən öyrənib: “Salam olsun bizim ölməyən şəhidlərimizə və zindanda hürriyyətdə olanlarımıza. Biz siz mücahidlərin qanadı altında, sizin uğrunuzda döyünən ürəklərimizlə arxanızca hərəkətdəyik. Əhd edirik ki, əlimizi sizin əlinizdən qoparmayacğıq... Biz şeyximiz Nimrdən azadlıq, əzəmət və fəxr etməyi öyrəndik. Necə ki, onun haqq yolundan sapınmadığını gördük və o, bizə sonda qələbə müjdəsini verdi.”

ABŞ-dan yayımlanan ərəbdilli “Əl-Hurrə” telekanalının aparıcısı ondan, “Hazırda özünüzü azad saymırsınızmı?" sualına cavab olaraq xanım Səhər deyib: “Şübhəniz olmasın. İnsanın iradə azadlığının olmadığı və haqlarının pozulduğu hər yer zindandır.”
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:16