Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Türkiyə 3,1 milyard dollar zərərlə üzləşəcək!

Nuraz.in tasnim.ir-a istinadən:
Türkiyənin baş naziri müavini Mehmet Şimşək Vaşinqtonda mətbuat konfransında bildirib ki, Türkiyə ilə Rusiya arasında yaranan münaqişənin zərəri təxminən 3,1 milyard dollar həcmində olacaq. Bununla belə, sanksiyaların Türkiyənin iqtisadi inkişafında elə də təsiri olmayacaq. Çünki cari ildə Ümumi Daxili Məhsulun (GDP) həcmi təxminən 800 milyon dollara çatacağı gözlənilir.
Ötən həftə Ankara Rusiyanın sanksiyaları ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (WTO) şikayət edərək bu sanksiyaları təşkilatın beynəlxalq konvensiyalarına zidd olduğunu bildirsə də, Moskva isə onlara müvafiq olduğunu qeyd edib.
Türkiyə tərəfindən Rusiyanın qırıcı təyyarəsi vurulandan sonra iki ölkə arasında münasibətlər getdikcə gərginləşir. Rusiya Ankaradan bu barədə rəsmi üzrxahlıq tələb etsə də, hələlik Türkiyə ona müsbət cavab verməyə hazır deyil. Buna müvafiq olaraq Rusiyanın sanksiyaları davam edəcək.
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP