Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

İran Ərəbistanla bağlı hansı məntiqəuyğun variantları seçməlidir?

Regionda baş verən siyasi-ictimai hadisələri nəzərə alarkən Ərəbistanın son rəftarlarındakı inadkarlıq aşkar surətdə ciddi müharibə xarakterli təhriklərlə yanaşıdır ki, bu zəmində İran xalq və dövlətinin çox dəqiq və düşünülmüş addımları tələb olunur. Buna əsasən, müəyyən suallar qarşıya çıxır ki, görəsən, İran Ali-Səudun hərəkətlərinə qarşı hansı variantlardan istifadə etməlidir?
Son vaxtlar, eləcə də, Baqir əl-Nəmrin edamından sonra Ərəbistan rəhbərliyinin İrana qarşı düşmənçilik mövqeyi özünü daha aydın büruzə verməyə başlayıb və onların Yəməndə İranın səfirliyinə təcavüzü isə hadisələrin yeni mərhələyə keçdiyini nişan verir.
Müasir dövrdə İranla Ərəbistan arasında yaranan münaqişənin köklərini 1979-cu ildən etibarən İranda baş verən inqilabla bu ölkənin Cənub Qərbi Asiyada Qərb Blokundan ayrıldığı zamanlardan aramalıyıq. İran İslam İnqilabından sonra Ərəbistan qüdrətli dövlətlərin təsiri, o cümlədən, inqilabın regionda parlayan mahiyyətindən qorxaraq İrana qarşı yeni strategiyaya keçir. Məsələn, Ərəbistanın Birləşmiş Ərəb Əmirliklərinin dəfələrlə fars körfəzində yerləşən İranın bir sıra adalarına ərazi iddialarını daimən müdafiə etməyi, İran-İraq müharibəsində İraqı siyasi-hərbi himayəsi, 1987-ci ildə həcc mərasimində İran hacılarını qətliam etməyi və s. qeyd edilənlərin başlanğıc nümunələridir. Bu ölkənin həmişə qərbə, o cümlədən, Amerikaya bağlılığı, həmçinin regionda sionist rejiminə qarşı laqeydliyi və İranın isə bütün bunlara tam əks mövqeyi heç vaxt arada təzad və münaqişənin sönməyinə imkan verməyib. Onların hətta beynəlxalq hegemonizmin İranın əleyhinə istənilən sanksiyaları qoyduğu zaman inqilabın istər-istəməz belə təzyiqlər qarşısında davam gətirməyib, daxildən dağılacağını güman edərək İran daxilində əksinqilabın əli ilə müxtəlif təxribatlara əl atmağı da, eyni siyasətdən qaynaqlanır. Bütün bunlara rəğmən, İran xalqının inqilabın keşiyindəki sarsılmazlığı, İranın Aralıq dənizinə qədər regionda siyasi-iqtisadi nüfuzu, müsəlman ölkələrində islami dirçəlişlərin baş qaldırması və nüvə müzakirələrində İranın dünya səviyyəsində müsbət xarakterizə olunan rolu bir daha Ərəbistanı təşvişə salaraq məntəqədə İranın nüfuzunun qarşısını almaq üçün Yaxın Şərqdə hərbi müdaxilələrə əl ataraq müsəlmanlar arasında çaxnaşma salmağı qarşısına məqsəd qoyub. Ərəbistanın İraq və Suriyada terrorizm və təkfirçi azğın qrupları himayəsi və Yəmənə təcavüzü bunun aşkar nümunələridir. Bütün bu dağıntı və qırğınlara sərf etdikləri milyonlardan sonra istənilən nəticəyə çatmadıqlarını və daxildə yaranan etirazları müşahidə edən Ali-Səud, görünür, İranı təhrik etmək üçün daha ədavətli addımlara əl atmaq qəsdindədir. Cəddənin aeroportunda və builki həcc mərasimində törədilən təəssüfləndirici hadisələr, o cümlədən, şiə ruhani və mübarizlərin edamı İranı günbəgün gözlənilən toqquşmaya doğru sürükləmək üzrədir. Şeyx Nimrin edamından sonra İranda Ərəbistanın səfirlik və konsulluqları qarşısında aqressiv aksiyalarla əlaqədar (İran dövləti baş verənləri rəsmi məhkum etsə də,) bu ölkənin İranla diplomatik əlaqələrini birtərəfli kəsməyi və onun ardınca Yəməndə İranın səfirliyinə raketlə zərbə endirməyi vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil.
Ərəbistan tərəfindən belə ciddi təhriklər, şübhəsiz, müharibə alovunu şölələndirməyə doğrudur və gərək İran xalq və dövləti onlara qarşı olduqca ehtiyatla addım atsın. İlkin zərurət tələb edir ki, İran diplomatiyası bütün bunları konsepsiyalaşdıraraq BMT-nin Təhlükəsizlik Şurasına məlumat verməli və Ərəbistanın belə ədavətli addımlarını məhkum etməlidir. İkincisi, İran regionda hakim vəziyyəti nəzərə alaraq qətiyyən belə təhriklərə tən gəlməməlidir…

Nuraz.in/tabnak
1178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38