Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Bu həftə şikayət veriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq deputat Gülər Əhmədova haqda çıxardığı hökmdən apellyasiya şikayəti veriləcək. Dekabrın 16-da “Media forum” saytına danışan vəkil Əfsər Talıbov bildirib ki, məhkəmənin qərarını götürüb: “Şikayət ərizəsi hazırlayırıq. Bu həftə ərzində apellyasiya şikayəti verəcəyik”.

Vəkil Gülər Əhmədova ilə görüşdüyünü də deyib: “Səhhətində olan problemlər qalır. Həkim nəzarətindədir, tibbi yardım göstərilir”.

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu