Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Təbrizin Məhdiyyə məscidində Nardaran şəhidlərinin 40 günü mərasimi keçirildi + Foto

Təbrizin qeyrətli və həmişə ayıq əhalisi bu şəhərin məscidlərinə toplaşaraq məzlum Nardaran şəhidlərinə 40 günü mərasimi keçirdilər. Həmçinin, bu mərasim Məhdiyyeyi-Təbrizdə də keçirilib. Mərasimdə İslam dünyasının bütün şəhidləri, xüsusilə də Nardaran şəhidlərinin xatirəsi anılıb.
Kəramət məscidində (Məhdiyyeyi-Təbriz) çıxış edən höccətül-islam Əsğər Hümayuni Azərbaycan Respublikasınnın bir sıra dövlət rəsmiləri haqqında açıqlama verib, İlham Əliyev və onun həyat yoldaşının sionist rejimlə səmimi və möhkəm münasibətlərinə toxunaraq deyib: "Azərbaycan-İsrail ticarət mübadiləsinin həcminin çox yüksək olması və sionistlərin Azərbaycanın siyasi səhnəsində təsirli rolu heç kimə gizlin deyil".
"Azərbaycan rəsmilərinin iftixarları barədə bu qədər demək kifayətdir ki, bu ölkədə kafir Salman Rüşdinin "Ayati-şeytani" kitabı 70 dəfə çap edilmişdir, "Eurovision" pozğun müsabiqəsinin bu ölkədə keçirilməsi də Azərbaycan dövlətinin islamofobiya hərəkətlərinin digər bir nümunəsidir"-deyə natiq vurğulayıb. 
Mərasimin natiqi Azərbaycanda vəhabiçiliyin hər gün genişlənməsini və vəhabi-sələfilərin sayının artmasını, Bakı dövlətinin şiələrlə mübarizə üçün digər siyasətlərindən olduğunu qeyd edib. O artırıb: "Bu ölkədən Suriyaya döyüşçü göndərilməsi ilə aşkar olan vəhabilik və radikallıq təhlükəsi mütləq qonşu ölkələrin, xüsusilə də İranın təhlükəsizliyini təhdid edir".
Höccətül-islam Hümayuni deyib: "Azərbaycan dövləti təqlid mərcəsi Ayətullah Nuri Həmədaninin bu ölkəyə səfəri mövzusunda səhv mühasibəyə düçür oldu, təqlid mərcəsi və iranlı alimin səfərinin əsər və bərəkətinə qarşı hücuma keçməyi qərara aldı. Belə ki, hakimiyyətə bağlı bir sıra medialar "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Hacı Tale Bağırovun Ayətullah Nuri Həmədaninin əlini öpməsini müstəqillik və milli qeyrət əleyhinə bir hərəkət adlandırdılar. Hətta, bu mübariz ruhani və onun tərəfdarlarını vəhabilik ekstremisləri sırasında tanıtmağa cəhd etdilər".
Cənab Hümayuni Azərbaycan dövlət rəsmilərinin İran İslam Respublikasının müqəddəs quruluşuna qarşı ədavət və kinlərinin dərinliyini, son bir neçə ildə ölkəmizin təhlükəsizlik və milli maraqlarına vurduqları zərbələri xatırladıb, bu ölkə ilə münasibətlərə yenidən baxılmasının zəruri olduğunu qeyd edib. 
Natiq, Azərbayacanın atmosferinə kölgə salmış təzyiq və repressiya siyasəti, dövlətin xalqı sıxışdırmasını narahatedici adlandıraraq deyib: "Bakı xüsusi təyinatlı polis və təhlükəsizlik qüvvələri öncədən hazırlanmış senari əsasında Rəhimə Xatun (ə) ziyarətgahı yaxınlığında bir hüseyniyyəyə namərdcəsinə hücum etmiş, orada namaz qılmaq üçün toplaşmış dindarları atəşə tutmuş, bir neçə nəfəri şəhid etmiş, digər dindarları da yaralamış və həbs etmişdir. Bundan əlavə ölkənin tanınmış və fəal dindar və ruhanilərini həbs etmiş, onlara qarşı silah saxlamaq, narkotik maddələr alqı-satqısı kimi əsassız ittihamlar irəli sürərək zindana salmışdır. 
Üstəlik, başda Nardaran əhalisi olmaqla Azərbaycanın dindar xalqı çox ağır sosial durumda yaşayır, onlara qarşı ağır məhdudiyyətlər icra edilmişdir. Dövlət Nardaran qəsəbəsinin su, qaz və işığını kəsmişdir, qəsəbəyə giriş-çıxışa bərk nəzarət olunur və bu məhdudiyyətlərlə dövlət özünün müxalifəti hesab etdiyi ruhani və dindarlardan intiqam aldığını fikirləşir".
Höccətül-islam Hümayuni çıxışının davamında İslam dünyasının şəhidlərinin xatirəsinin yad edilməsi və anılmasını bütün müsəlmanların şəri və əxlaqi vəzifəsi adlandırıb. O problemlər, əzab-əziyyətlər qarşısında müqavimətlə yanaşı olan vəhdəti qorumağı islamçıların zalımlar üzərində qələbə çalmasının yeganə yolu olduğunu qeyd edərək deyib: "Mütəal Allah Qurani-kərimdə Özünü məzlumların himayəçisi adlandırıb və İslam düşmənlərinə qələbə çalmağı möminlər üçün vəd edib"./arannews.com/ 











1185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı