Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2016

Nardaran şəhidlərinin 40 günü mərasimlərinin keçirilməsi davam edir

Təbrizin “Ayətullah Şəhidi” məscidində Nardaran şəhidlərinin 40 günü mərasimi keçirildi.

Təbrizin “Ayətullah Şəhidi” məscidində Nardaran şəhidlərinin 40 günü mərasimi keçirildi. Mərasimdə əvvəl höccətül-islam vəl-müslimin Əbdul Həmid Bonabi çıxış etdi. Sonra isə Əhli-beyt (ə) məddahı Nardaran şəhidlərinin müsibəti haqqında şer oxudu. Daha sonra İslami Şura Məclisinin nümayəndəsi Səidi çıxış etdi.

Höccətül-islam vəl-müslimin Əbdul Həmid Bonabinin çıxışı
Höccətül-islam vəl-müslimin Əbdul Həmid Bonabi çıxışında İranın tarixi proseslərinə toxunaraq dedi: “İranın son neçə əsrdəki tarixi göstərir ki, İran şahları hər vaxt dara düşüblərsə, ölkənin bir hissəsini düşmənə verməklə bundan yaxa qurtarıblar. Bunun son nümunəsi Bəhreynin İrandan ayrılmasıdır. Məhəmməd Rza şah özünü amerikalılara şirin etmək üçün 1352-ci ildə (1974 m.) bu ərazini İrandan ayırdı və amerikalılara hədiyyə etdi. Halbuki, vadar olunduğumuz İran-İraq müharibəsində bütün imperializm dünyasının İran qarşısında dayanmasına baxmayaraq, həzrət İmam Xomeyninin (rh) istiqamətləndirməsi və əziz şəhidlərin canlarından keçməsi səbəbinə İranın bir qarış torpağı da yadların əlinə düşmədi.
Son bir neçə yüzillikdə İrandan ayrılan ərazilərə nümunə olaraq Qafqaz və Azərbaycanı göstərmək olar. Bu ərazi kommunistlərin hakimiyyətinə və bu ərazinin xalqlarına qarşı hərtərəfli təzyiqlərinə baxmayaraq, müxtəlif səbəblərdən kommunistlərin boyunduruğundan xilas ola bildilər. Bunun səbəblərdən biri də xalq arasında dərin dindarlıq və məzhəbi köklərin dərinliyi idi. Hətta, kommunistlərin 70 illik hakimiyyəti dövründə bu rejim 5 min nəfər ruhanini öldürmüşdü və şiələr əleyhinə bacardıqlarını etmişdi, lakin dindarlığı aradan apara bilməmişdi.
Xoşbəxtlikdən Sovetlər Birliyinin parçalanmasından sonra bu köklər yenidən pöhrələndi, Hacı Əlikramın vasitəsi və ümumi dindarların dəstəyi ilə İslam Partiyasının əsası qoyuldu. Mən bir müddət Azərbaycan şiələrinin xidmətində olmuşam və onların dindarlıqda nə qədər güclü olmasını bilirəm. Heç bir bərk qasırğa onlara təsir edə bilməz.
Bu gün şiələrin və dindarların təzyiq altında olmasını, Ərbəin mərasimində öldürülməsini görürüksə, bu dindarların irəliləyişini və güclənməsini göstərir. Çünki zəif olsaydılar, hökumətin onlarla qarşılaşmağa ehtiyacı olmazdı və onlara məhəl qoymazdı.
Bu gün bizim vəzifəmiz Azərbaycanın bütün şiələrini himayə etməkdir. Onlar bizim dəstəyimizə ümid edirlər. Bütün dünyanın şiələrinin bizdən gözləntisi vardır. Əfqanıstan, Bəhreyn, Suriya və Afrika şiələrinin ümidləri bizədir. Onlar bizim sevincimizlə sevinirlər və narahatlığımızla qəmgin olurlar. Bu günləri bu məscidə toplaşmışıq ki, Nardaran şəhidlərinin 40 günü mərasimi münasibəti ilə onların xatirəsini yad edək. Mən öz növbəmdə bu əzizlərin şəhadətini həzrət Bəqiyyətillahil-Əzəmə (əc) və şəhidlərin ailələrinə, yaxınlarına başsağlığı verir, onlar üçün Allahdan gözəl səbr və çoxlu əcr diləyirəm.

İslami Şura Məclisinin nümayəndəsi Səidinin çıxışı
Bu günləri Nardaran şəhidlərinin xatirəsini anmaq üçün bu məclisə toplaşmışıq. Nardaran faciəsi bizim hamımızı çaşqınlıq və heyrətə saldı. Çünki dövlətdən öz xalqına qarşı belə rəftarı gözləmirdik. Azərbaycanın dövlət rəsmiləri bu ölkənin azad olmasını iddia edirlər. Elə ona görə də homoseksuallar çox asanlıqla və heç nədən çəkinmədən Bakının küçələrində parad keçirirlər və heç kimin də onlarla bir işi yoxdur. Amma elə ki, bir dəstə dindar şiə imam Hüseynə (ə) Ərbəin məclisi keçirmək üçün məsciddə toplaşır, silahlı və hərbi hücuma məruz qalırlar, şəhid olurlar.
Mən Azərbaycan Respublikasının rəsmilərinə xatırladıram ki, Amerika və sionist rejim öz maraqlarının ardıncadır. Onlar sizin hökumətinizə can yandırmır. Siz hökumətinizin əsaslarını möhkəmlətmək və gücləndirmək istəyirsinizsə, xalqın ürəyində yer tutmağa çalışın. Amerika və İsrailin sizin hökumətinizi qoruyacağını təsəvvür etməyin. Çünki onların belə bir fikri olsaydı, indiyə qədər Qarabağı azad etmiş olardılar.
Bu günləri məzlum şəhidlərin xatirəsini əziz tutmaq üçün bura toplaşmışıq. Bu şəhidlər doğrudan da çox məzlumcasına şəhadətə yetişdilər. Mən ümid edirəm ki, İslam İnqilabının şəhidlərinin pak qanı İranda inqilabı qələbəyə çatdırdığı kimi, Nardaran şəhidlərinin də pak qanı Azərbaycanda xalis Məhəmməd İslamının bayrağını dalğalandıracaq./AranNews/
1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı