Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Vəkil Nicat Əliyevə çıxarılan hökmün sürətini ala bilmir

Vəkil Yalçın İmanov dini fəal, jurnalist Nicat Əliyev haqqında çıxarılan hökmün sürətini ala bilmədiyini deyir

“Media forum”a danışan vəkil bildirib ki, hökmün sürətini almadıqları üçün apellyasiya şikayəti verə bilmirlər: “Nicat Əliyevə dekabrın 9-da hökm oxunub. Qanuna görə, hökmün surəti üç gün ərzində verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişəm, deyirlər sənəd göndərilib. Amma indiyə qədər bizə heç nə çatmayıb”.

Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Dini fəal narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə ittiham olunur.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41