Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2016

Alsheymer xəstəliyinin səbəbi təyin olunub

Alsheymer xəstəliyi ağıl zəyifliyinin inkişafına səbəb olan ağır müalicə olunmayan xəstəlikdir. Bütün dünyada 47 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir.
Alsheymer xəstəliyinin dəqiq səbəbi hələ ki məlum deyil.

Bu yaxınlarda İngiltərə Sauthempton Universiteti alimləri bu xəstəliyin səbəblərindən birini təyin ediblər. Bu haqda MedicalNewsToday məlumat verib.

Alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, Alsheymer xəstəliyinin səbəblərindən biri beyində gedən iltihabi prosesdir.

Bu xəstəlikdən əziyyət çəkən xəstələrin beyin toxuması müayinə olunub. Nəticədə toxumada xüsusi immun hüceyrələrinin sayının artması aşkar olunub. Bu hüceyrələrin sayı iltihab zamanı artır.

Hal hazırda alimlər siçovulların üzərində bu hüceyrələrin sayını azaldan preparatı sınaqdan keçirirlər. Preparatın istifadəsi müsbət nəticə verir.

Daha sonra preparat Alsheymer xəstəliyindən əziyyət çəkən insanlar üzərində test olunacaq./Saglamolun/
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber