Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2016

Sətəlcəmin ilk simptomları. Qaçırmayın!

Sətəlcəm (pnevmoniya) ağciyərlərin iltihabıdır. Pnevmoniya çox təhlükəli xəstəlik sayılır. Uşaqlarda, yaşlı insanlarda, ağır xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda pnevmoniya ölümə səbəb ola bilər. Bu səbəbdən sətəlcəmin ilk simptomlarını bilmək çox vacibdir.
Əksər hallarda pnevmoniya qripp və soyuqdəymə xəstəlikləri fonunda inkişaf edir. Hal hazırda yayılmaqda olan "donuz qripin"in əsas təhlükəli ağırlaşması məhz sətəlcəmdir.
Pnevmoniyanın ilk simptomları:
- Öskürək (quru, arası kəsilməyən, daimi). Nadir hallarda sətəlcəm zamanı öskürək tək-tük və zəif ola bilər.
- Xəstənin vəziyyətinin kəskin pisləşməsi. İstənilən virus xəstəliyi 7 gündən artıq çəkmir və xəstənin vəziyyəti tədricən yaxşılaşır. Əgər soyuqdəymə və ya qripp başladıqdan 4-7 gündən sonra xəstənin vəziyyəti birdən-birə yenə pisləşməyə başlayıbsa (hərarət yenidən qalxmağa başlayır və s.), bu əksər hallarda sətəlcəmin inkişafının simptomudur.
- Yüksək hərarət (39-40 C). Bu zaman adi hərarətsalan dərmanlar lazım olan təsir etmir. Bu da sətəlcəmin əsas simptomlarından biridir.
Lakin bəzən (atipik pnevmoniya zamanı) hərarət yüksək olmaya bilər (37,1-37,5 C kimi). Bu səbəbdən xəstəliyin digər simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət edin. Son zamanlar atipik pnevmoniyanın halları çoxalır.
- Zəiflik, halsızlıq.
- Dəri örtüklərinin solğun olması.
- Təngnəfəslik.
- Dərin nəfəsalma zamanı döş qəfəsində ağrılar.
- Tərləmənin artması (xüsusilə gecə saatlarında).
Pnevmoniya çox tez inkişaf edən xəstəlikdir. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Bu halda xəstəlik daha tez və asan müalicə olunacaq./Saglamolun/
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı