Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2016

AİP Natiq Kərimovla bağlı hüquq mühafizə orqanları və təhlükəsizlik xidmətlərinə müraciət etdi

AİP-dən İslaminsesi xəbər portalına daxil olan məlumata görə, partiya Nardaran ağsaqqalı Natiq Kərimovun həbsi ilə bağlı narahatçılığını ifadə edərək ölkəmizin hüquq mühafizə orqanlarına N.Kərimovun barəsində irəli sürülən ağır ittihamın ləğv edilməsi barədə müraciət etmişdir.
Bu gün AİP qərargahında qurumun idarə heyətinin geniş toplantısı keçirilmişdir.
Yığıncaqda əsas diqqət Bakının Nardaran qəsəbəsinin ağsaqqalı Natiq Kərimovun ölkənin hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanması və haqqında həbs-qətimkam tədbirinin seçilməsi hadisəsinə yönəldilmişdir.
Qeyd olunmuşdur ki, Natiq Kərimov barədə irəli sürülən ağır ittiham - vətənə xəyanət gözlənilməz bir məsələdir. N. Kərimov barədə danışanlar onun həqiqi bir vətənpərvər olması, istər ölkədə, istərsə də yaşadığı Nardaran qəsəbəsində həmişə sabitliyin, stabilliyin tərəfdarı, müdafiəçisi olmuş, heç zaman insanları təxribata sövq etməmiş, əksunə, belələrinə qarşı gedərək insanları qanunlara riayət etməyə çağırmışdır.
Toplantıda uzun sürən müzakirədən sonra ölkənin hüquq mühafizə və təhlükəsizlik xidmətləri orqanlarına müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir:
Bakının Nardaran qəsəbəsinin hörmətli ağsaqqalı Natiq Kərimov barədə irəli sürülən ağır ittiham - vətənə xəyanət gözlənilməz bir ittihamdır. Natiq Kərimovu tanyanlar bilirlər ki, o, sakit təbiətli, vətənpərvər, qanunçuluğu sevən bir insandır. Bir ictimaiyyətçi kimi də N. Kərimov ekstrimal situasiyalarda hər kəsi ictimai sabitliyi qorumağa, qanunlara, hüquq-mühafizə orqanları əməkdaşlarının tələb və gostərişlərinə diqqətlə yanaşılmağa və riayət etməyə dəvət etmiş, heç bir təxribata getməməyə çağırmışdır. O, heç zaman insanları təxribata səsləməmiş, əksinə, bu halların yolverilməz olduğunu bildirmişdir. Kənd ağsaqqalı olmaqla Natiq Kərimov qəsəbədə cərəyan edən son hadisələrdə də kənd sakinlərinə təmkinli davranmağı, küçə və meydanlardan evlərinə çəkilməyi tövsiyyə etmişdir. Bəzən bu xüsusiyyətlərinə görə N. Kərimov bəzi ünsürlər tərəfindən tənqid olunsa da, o, buna məhəl qoymayaraq sabitliyin təmin edilməsində əlindən gələni əsirgəməmişdir.
Biz hesab edirik ki, Natiq Kərimov barədə həbs-qətimkan tədbirinin seçilməsi və şübhəli şəxs qismində vətənə xəyanət ittihamı ilə təqsirləndirilməsi başadüşülən deyil. Ümid edirik ki, barəsində ağır ittiham irəli sürülən Natiq Kərimovun istintaqı hüquq-mühafizə və təhlükəsizlik xidməti orqanları tərəfindən tam obyektiv aparılacaq, əməlində bu kimi halların olub-olmaması barədə düzgün qərar qəbul olunaraq azadlığı təmin ediləcək.
Qeyd etməliyik ki, bu gün cəmiyyətdə ağsaqqal sözünün önəmi nəzərə alınaraq belə insanlara qarşı hər hansı bir qərəz yolverilməz hesab olunmalı, əksinə, belələrinin hörmətinin məxsus olduqları cəmiyyətlərdə daha da qaldırılmalıdır. Bizcə bu, cəmiyyətin mənəvi yüksəlişinə və düzgün istiqamətləndirilməsinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına xidmət etmiş olacaq.
Natiq Kərimov ölkə ictimaiyyəti tərəfindən həqiqətən sağlam düşüncəli insan, ağsaqqal kimi tanınır. Həm də onun fiziki cəhətdən qüsurlu olması nəzərə alınmaqla humanizm baxımından bu gün təcridxanada saxlanması düzgün sayılmır. Düşünürük ki, məhkəmə araşdırması olmadan onun ev dustaqlığında saxlanması və istintaq edilməsi daha ədalətli olardı.
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22
“Dedi, 2 min ma