Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Qəzza zolağında baş verən leysan 15 min insanı evsiz qoyub

Qəzza zolağında baş verən leysan nəticəsində 15 min insan evsiz qalıb.

SalamNews-un əl-Aləm telekanalına istinadla verdiyi xəbərə görə, Qəzzanın şimalında dörd gün aramsız yağan yağışlar bölgədə güclü daşqınlar yaradıb.

Daşqın nəticəsində ümumilikdə 100-dən artıq insan xəsarət alıb, bir nəfər boğularaq həyatını itirib, 3300 evin su altında qaldığı bildirilir. Yerli hökumət altı min insanı məktəblərdə yerləşdirib.

HƏMAS höküməti BMT-yə müraciət edərək, yanacaq və qida məhsullarının idxal edilməsi üçün İsrail və Misirlə olan sərhədlərin açılmasını tələb edib.

Bildirək ki, Qəzza zolağı 2006-cı ildə burada HƏMAS hakimiyyətinin təsis edilməsindən sonra İsrail və bəzən də Misir tərəfindən blokadaya salınır. Zolağın sərhəd-keçid məntəqələri bağlanır və nəticədə müxtəlif məhsulların buraya idxalı dayandırılır.

Bildirək ki, ötən ay İsraildən mazut idxalının dayandırılmasından sonra Qəzzanın elektrik stansiyaları tamamilə fəaliyyətlərini dayandırıb.


1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber