Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2016

“Atamın səhhətində ciddi problem var” - Natiq Kərimovun oğlu

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır.

Bu  haqda N.Kərimovun oğlu Kamran Kərimov deyib.

“Ailə üzvlərindən atamla görüşən olmayıb. Yanvarın 8-də sovqat aparmışdım. Görüşə icazə verilmir. Vəkil də görüşməyib. Atamın səhhətində ciddi problem var. Bunu hamı bilir. Orada onun üçün çox çətin olacaq” - deyə K.Kərimov bildirib.

K.Kərimovun sözlərinə görə, N.Kərimov başqa vəkil istəməməsi haqda ailəsinə məlumat göndərib.

Qeyd edək ki, N.Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilib./musavat/

1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP